Son vaxtlar Azərbaycanda demokratiyanın və insan hüquq və azadlıqlarının qəsdinə duran prosesləri yaxından təqib edən bir qrup Azərbaycanlı siyası mühacir, avqust ayının sonu, sentyabr ayının əvvəllərində mərkəzi Almaniyada, Düsseldorf şəhərində yerləşən "İctimai Qınaq Mərkəzi (İQM)" adlı təşkilatın təsis konfransının keçirilməsini planlaşdırır.

 

Təşkilat Komitəsi İQM ətrafında ictimai fəal olan bir qrup insanən toplandığını bəyan etməklə yanaşı, sıralarını geniş tutmağı, Mərkəzin hamı üçün tribuna olmasını təmin etməyi əsas vəzifələrdən biri kimi qəbul etdiyini də vurğulamaq istəyir.

 

İQM Azərbaycanda ictimai fikrin oyanması, hər hansı problemi ictimailəşdirmək, kütləvi ictimai qınaq obyekti etmək, hüquqi və demokratik dövlət quruculuğu yolunda vətəndaş iştirakçılığının fəallığını artırmaq, ictimai mühakimə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə yaradılır və müstəqil, heç bir ictimai-siyasi təşkilatın diktəsi altında olmayan, bütün üzvlərinin ictimai-siyasi mövqeyinə hörmətlə yanaşan bir Mərkəzə çevrilməyi hədəfləyir.


Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində fəaliyyətdə özünün faydalılığını dərk edən bütün Azərbaycanlıları missiyamıza qoşulmağa, İQM-də birləşməyə və demokratik, sivil, hüquqi dövlət uğrunda birgə mübarizəyədəvət edirik.


        "İctimai Qınaq Mərkəzi (İQM)" Təşkilat Komitəsi üzvü -Qabil Əliyev

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300