Ermənistan prezidenti Serj Sarkisyan bu gün güc strukturlarının rəhbərlərinin iştirakı ilə xüsusi müşavirə keçirib.

Musavat.com Ermənistan saytlarına istinadən xəbər verir ki, Serj Sarkisyan həmin müşavirədə bəyanatla çıxış edib.

O hadisənin səbəbləri barədə danışımaq istəmədiyini, lakin bundan dərs çıxaracaqlarını söyləyib.

Sarkisyan əsas narahatlıqlarının bir sıra insanların məsələlərin güc və zorakılıq yolu ilə həll olunmasında görməsi olduğunu bildirib.

Ermənistan prezidenti insidentin dinc yoll həll edilməsinə çalışacaqlarını təkrar edərək, polis alayının binasını ələ keçirən şəxsləri sakit olmağa, silahlarını yerə qoyaraq əllərindəki girovları buraxmağa çağırıb.

Serj Sarkisyan ölkədə narazıların sayının çox olduğunu da etiraf edərək bunu ölkənin əsaslarını sarsıtmaq üçün bəhanə olmadığını söyləyib.

Sarkisyan bütün intiqam və revanş cəhdlərinin qanun yolu ilə qarşısının alınacağnı bildirib.

Sarkisyan hüquq-mühafizə orqanlarının məsələnin dinc yolla çözülməsi üçün tədbirlər görməyə çağırıb.

"Biz cəmiyyətimizin bu həyəcanlı situasiyanın girovuna çevrilməsinə imkan verə bilmərik. Düşünürəm ki, bu bizim gözlədiyimizdən də uzun çəkir. Apreldən hələ çox vaxt keçməyib ki, bizim cəmiyyət olan-bitəni unutsun" deyə o, çıxışında bildirib.

Sonda Emrənistan prezidenti hər kəsi sakitlik nümayiş etdimrəyə çağırıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300