Gürcüstan parlamentinin eks-spikeri, müxalif Demokratik Hərəkatın lideri Nino Burcanadze ölkədə Fəthullah Gülən Fondu ilə bağlı ola bilən bütün təhsil müəssisələrini bağlamağa çağırıb.

Virtualaz.org bildirir ki, bu barədə "Sputnik” məlumat yayıb.

Bu yaxınlarda Türkiyənin Gürcüstandakı baş konsulu Yasin Temizkan bildirib ki, Batumidə fəaliyyət göstərən Refaydin Şahin adına məktəb-liseyini və digər türk məktəblərini, hansıları ki, onun fikrincə, terrorçular idarə edirlər, Fətullah Gülən Fondu maliyyələşdirir. Diplomat həmin məktəbləri bağlamağa çağırıb.

"Mən hakimiyyəti dərhal tədbirlər görməyə və Acariyada, eləcə də bütün Gürcüstan ərazisində Gülənin adı ilə bağlı ola bilən məktəbləri bağlamağa çağırıram. Bu məktəblər bağlanmalıdır, bu kolleclərlə bağlı məsələləri araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılmalıdır", - deyə Burcanadze brifinqdə bildirib.

O, hakimiyyəti bu məsələ həll olunana qədər adıçəkilən məktəblərin lisenziyalarını dayandırmağa çağırıb.

Burcanadze həmçinin bildirib ki, hakimiyyət həmin məktəblərdə oxuyan uşaqların qayğısına qalmalı və onların başqa təhsil ocaqlarına köçürülməsini təmin etməlidir.

Onu da qeyd edək ki, konsulun bəyanatından sonra Türkiyə səfiri Levent Gumrukchu Zek Gürcüstan XİN-ə dəvət edilib. O bildirib ki, konsulun sözləri təhrif olunub.

Veri gəlmişkən, virtualaz.org Gürcüstan KİV-inə istinadən xatırladır ki, Mixail Saakaşvilinin prezident olduğu dönəmdə ölkənin bütün böyük şəhərlərində Fətullah Gülənin maliyyə dəstəyi ilə 14 təhsil müəssisəsi açılıb. Onların arasında Mixail Saakaşvilinin anası Qiuli Alasaniyanın faktiki olaraq rektoru olduğu "Gürcüstan Universiteti" də var. Gürcü agentliyi "Kvira ("Bazar günü") iddia edir ki, Fətullah Gülənin təşəbbüsü ilə "Universitet hər ay konfranslar keçirir".

O da iddia olunur ki, Qiuli Alasaniya bu günün özündə də Mixail Saakaşvili və Fətullah Gülən arasında vasitəçi rolunu oynayır.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300