Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Milli Mətbuatının 141 illik yubileyi ilə bağlı media nümayəndələrini təbrik edib.
 
Təbrikdə deyilir: 

"Əziz Jurnalistlər, hörmətli həmkarlarım.

Sizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi "Əkinçi” qəzeti Azərbaycan mətbuatının əsasını qoydu. İlk Azərbacan türk dilində nəşr olunan qəzetin nəşrində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi mütəfəkkirlərimizin də böyük rolu var idi.

Sonrakı mərhələlərdə Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əhməd bəy Agaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Cəlil və başqaları tərəfindən inkişaf etdirilən Azərbaycan mətbuatı öz milli, vətənpərvər, demokratik ənənələrini 80 - ci illərin sonu, 90- cı illərin əvvəllərində yenidən bərpa etdi. 

Bu illər ərzində Azərbaycan mətbuatı görünməmiş inkişaf yolu keçdi. 

Təəssüf ki, Əliyevlər hakimiyyəti bu inkişafı ləngitməyə, Azərbaycan azad mətbuatına, söz azadlığına ciddi zərbələr vurmağa nail oldu.
2005-ci ildə avtoritarizmə qarşı barışmaz mövqeyi ilə seçilən Elmar Hüseynovun qətlə yetirildi.

Müstəqil jurnalistlər, bloqerlər həbs edildi. Tanınmış jurnalist Seymur Həzi, bloqer Fərəc Kərimli və başqa azad söz fədakarları bu gün də qondarma ittihamlarla həbsdədir.

Bununla belə, bütün basqılara baxmayaraq Azərbaycanda söz azadlığı uğrunda mübarizə davam edir.

Fədakar mediya mənsubları sıradan çıxan, təslim olan həmkarlarının da əvəzinə söz azadlığının keşiyindədirlər.

Əminəm ki, müstəqil jurnalistlərə və azad mediaya qarşı yönələn repressiya siyasəti iflasa uğrayacaq, Azərbaycanın demokratikləşməsi, ölkədə azad cəmiyyətin qurulması uğrunda mübarizə uğurla nəticələnəcək.

Əziz Jurnalistlər, hörmətli həmkarlarım, Sizləri bir daha peşə bayramı münasibəti ilə təbrik edir, söz azadlığı, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizədə uğurlar arzulayıram".
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300