İŞİD-ə 48 saat vaxt verilib
 
ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyada İŞİD qrupu yaraqlılarının Menbiç şəhərindən çıxmasına 48 saat vaxt qoyub.

Bu şəhər Türkiyə sərhədi yaxınlığında yerləşir.

Menbiçin hərbi şurası mülki sakinlər arasında itkilərə yol verilməməsinə çalışır.

Şura kürdlərin rəhbərlik etdiyi "Suriyanın Demokratik Qüvvələri” qrupunun tərkib hissəsidir.

Şura bunun yaraqlılar üçün sonuncu şans olduğunu bəyan edib.

Məlumatlara görə, şəhərdə 10 minlərlə dinc sakin var.

Bu şəhər "İslam Dövləti” qrupunun əsas dayaq məntəqəsi olan Raqqaya gedən yolun üstündə yerləşir.

"Suriyanın Demokratik Qüvvələri”, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəyi ilə şəhəri mühasirəyə alıb.

Amma dinc sakinlər itkilərdən qaçmaq üçün hələ də gözləmə mövqeyindədir ("Amerikanın səsi").

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300