Türkiyə Təhlükəsizlik Şurasının ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı tövsiyə xarakterli qərarı Nazirlər Kabineti tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.
NTV telekanalının məlumatına görə, Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək.