Ərdoğan hərbi çevriliş cəhdini yeznəsindən öyrənibmiş
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə ilk xəbəri öz yeznəsindən öyrənibmiş. Bu barədə prezidet özü Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

Ərdoğan deyib ki, qiyamçılar onun ətraf aləmlə bütün telekommunikasiya vasitələrini kəsiblərmiş və o, demək olar ki, tam təcrid olunubmuş. Belə bir vaxtda ona bacısının əri məlumat ötürə bilib.

Prezident hərbi çevriliş cəhdi zamanı kəşfiyyat və əməliyyat məlumatları sarıdan zəif nöqtələrinin olduğunu etiraf edib: "Zamanında doğru istihbarat (kəşfiyyat məlumatları) olsaydı, bunun qarşısını alardıq".


Qeyd edək ki, Ərdoğan həmin gecə Dalamanda oteldə istirahətdə olub. Onun hərbi yavəri Əli Yaızıçının və digər yavərlərinin qiyamçı generallarla əlbir olduğunu nəzərə alsaq, prezidenti təcrid etmək qiyamçılar üçün çətin olmayıb.

Ancaq ilk xəbəri alan Ərdoğan təcili şəkildə oteldən ayrılaraq İstanbula yola düşüb, xalqa müraciət edib, polis təşkilatını, təhlükəsizlik xidmətini ayağa qaldırıb.(musavat.com)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300