Demokratik İnteqrasiya Assosiasiyası həmtəsisçisi Azər Qasimov: "Rusiya ilə strateji əməkdaşlığı arzu edənlər ancaq rejimlər öz avtotoritar idarəetmə sistemlərini gücləndirmək istəyənlərdir"
Azər bəy,Avropanı və avropa dəyərlərin digər dəyərlərlə necə müqayisə edərdiz?
Bütün dünyada hal-hazırda Avropa dəyərləri nümunə kimi götürülür. Belə ki, demokratik seçkilər keçirilir və hakimiyyətin formalaşması xalqın əlindədir. İqtisadi yüksəliş göz önündədir. Almaniya, Norveç, İsveç, Danimarka, İspaniya və s. ölkələr həm də insan haqlarının vəziyyətinə görə öncül yerlərdədirlər. Avropa dəyəri dedikdə insan faktoru və onun iradəsinə hörmət gündəmə gəlir. İstər siyasi pluralizm, istər dini baxış, istərsə də iqtisadi azadlıq olsun. Təşkilatın adında həm də ölkədə gənclərə çağırış var. Çünki, Rusiyada insan hüquqları qorunmadığı halda bəzən Rusiyaya meyllilik siyasəti yürüdülür.Rusiya ilə strateji əməkdaşlığı arzu edənlər ancaq rejimlər öz avtoritar idarəetmə sistemlərini gücləndirmək istəyənlərdir.Eyni zamanda biz bu dəyərləri təbliğ etmək fikrindəyik ki, gələcəkdə o tipli cəmiyyətin qurulmasına nail olaq. Sizin sualınızdan bizim qeydiyyat probleminin olacağı ab-havası durulur. Çox təəssüf ki, bu belədir və təşkilatın qeydiyyatı xeyli problemlərlə üzləşə bilər. Buna görə də biz bütün hüquqi imkanlardan istifadə edəcəyik.
Necə fikirləşirsiniz,Azərbaycanda Avropa dəyərləri təbliğ olumur?
– Çox təəssüf
ki, bu gün biz bunu çox da müşahidə etmirik. Avropa dəyərlərin hörmət edilsə
siyasi məhbus anlayışını işlətməməliyik. Avropa dəyərlərinə hörmət edilsə vətəndaş
cəmiyyəti sıradan çıxarılmaz. Əlavə olaraq Azərbaycanın mərkəzi və yerli
televiziyalarında Avropa ölkələri pislənilir. Almaniyada insanların küçədə ac
qalması haqqında fraqmentlər göstərilir. Halbuki, Yaxın Şərqdən gələn qaçqınların
hər birinə Alman hökuməti 670 avro sosial yardım ayırır. Görəsən Azərbaycanda
hansı kateqoriyada olan mütəxəssislər bu qədər məvacib ala bilirlər? Bizim məcburi
köçkünlər isə 20 manat alırlar. Özünüz müqayisə edin.
Sizcə məhz bu fikirləriniz sizə - yəni təşkilata qarşı xüsusi münasibət yaratmayacaq ki?
–Əvvəla mən gerçək gördüklərimi bildirirəm və məncə yaxşıdan nümunə götürmək
lazımdır. Onsuz da ölkədə vətəndaş cəmiyyətinə qarşı münasibət birmənalıdır.
Amma mən hüquq çərçivəsində lazımi formada mübarizə apararaq təşkilatın
qeydiyyatına çalışacam. Əgər Vətəndaş cəmiyyətinə qarşı münasibət dəyişsə mən
bunu təqdir edə bilərəm. Hesab edirəm ki, hökumətdə olan müəyyən məmur qrupu
ictimai müqavimətin güclü olmasını istəmir. Çünki, ictimai müqavimət gücləndikcə,
hesabatlılıq, şəffaflıq, informasioya təminatı və s. məsələlər meydana çıxır.
Bu isə korrupsiyaya bulaşmış, monopoliya yaradan və demokratik inkişafın
qarşısını almaq istəyən həmin qüvvələrin maraqlarına ziddir.