Hasan Hüseyin Özese vaxtilə İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin sədri olub

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 3 hakim barəsində həbs qərarı verilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Sakarya Baş Prokurorluğu Sakarya Ədliyyə Sarayında çalışan 24 hakim və prokurorun saxlanılması barədə göstəriş verib. 

Məlumata görə, hakimlər Hasan Hüseyin Özese, Tarık Çağlayan və Muhammet Tokalı məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib. Bunlardan Hasan Hüseyin Özese vaxtilə İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin sədri olub və "Ergenekon" işinə baxan hakim olub. 

Məhkəmə, həmçinin 21 hakim və prokurorun buraxılması haqqında qərar qəbul edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300