Qulu Məhərrəmlinin
 
Bu gün Qulu Məhərrəmlinin "Jurnalistika terminləri lüğəti"  kitabının təqdimatı
keçirilib. Tədbirdə media ictimaiyyəti, elm adamları və bir çox tanınmış
redaktorlar iştirak edib.

 Professor Şirməmməd Hüseynov, Turan informasiya agentliyinin rəhbəri Mehman
Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev,  nəşrini dayandıran "Ayna"
qəzetindən Elçin Şıxlı, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, "Yeni Müsavat"
qəzetinin baş redaktoru Rauf Arifoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri də
tədbirdə  iştirak edərək müəllifi təbrik ediblər. 

Lüğəti tədbir iştirakçılarına təqdim edən kitabın redaktoru, "Yeni Nəsil" Jurnalistlər
Birliyinin Arif Əliyev  bildirdi ki, jurnlistikada həm kadr potensialı, həm də dil məsələləri
ilə bağlı problem var: "Biz bu lüğətdə bütün beynəlxalq elm mərkəzlərinin
ədəbiyyatlarını nəzərə almışıq. Burada təkcə, media ilə bağlı terminlər yox, XX əsrin
sonu, XXI əsrin əvvəllərində yaranan ictimai-siyasi sahədə işlədilən bir çox
terminləri daxil etmişik. Bizim məqsədimiz bu sahədə çalışan müəllimlərə, tələbələrə,
həmkarlarınıza müəyyən qədər kömək etməkdir". 

 Tədbirdə həmçinin lüğətin azleks.az saytındakı onlayn versiyası da  təqdim
edilib və saytın iş prinsipləri iştirakçılara izah olunub.
 
Qulu Məhərrəmli kitabın onlayn versiyasının mütəmadi olaraq yenilənəcəyini də qeyd
edib və bu istiqamətlərdə təklif və iradlara açıq olduqlarını bildirib. 

Professor Şirməmməd Hüseynov jurnalistikanın peşə olmaqla yanaşı həm də bir
elm  olduğunu bildirdi və bu sahədə araşdırmalar aparılmasının vacibliyini vurğuladı. 


 








Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300