aydin mirzezade

 

YAP Rusiya təyyarəsinin vurulmasına  münasibət bildirdi

Siyasi müşahidəçilər hesab edir ki, Rusiya ilə Türkiyə arasında yaranan gərginlik Azərbaycan hakimiyyətini çətin duruma sala bilər. Xüsusən ölkənin xarici siyasət strategiyasının dəyişdirildiyi və Rəsmi Bakının Rusiyaya tərəf meylləndiyi bir mərhələdə Putinin dünya miqyasında küncə sıxışdırılması Əliyev hakimiyyəti üçün təsirsiz ötüşməyəcək. Amma hakimiyyət dairələri bunu inkar etməyə çalışırlar.

"Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra olan gərginlik Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycan həmin problemin iştirakçısı deyil”.

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Azərbaycan hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına çalışır: "Hər iki ölkə ilə Azərbaycanın sıx dostluq münasibətləri var. Dostlarımızın bir-biri ilə kəskin düşmən vəziyyətinə gəlməsi heç də xoşa gələn məsələ deyil. Azərbaycan öz tərəfindən bu iki ölkə arasındakı gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək. Türkiyə və Rusiya regionun lider dövlətləridir. Onlar dünyada gedən proseslərə ciddi təsir etmək imkanına malik ölkələrdir. Son vaxta qədər onlar arasında çox sıx dostluq əlaqələri var idi. Təyyarənin vurulması məsələsi onlar arasındakı məsələni kəskinləşdirdi. Ümumilikdə, bu hadisə lider anlamlı bir problem ortaya çıxarda bilər. Həmçinin regionda gərginliyin və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan hər iki ölkə arasındakı gərginliyin minimuma endirilməsi lazımdır. Azərbaycan da bu istiqamətdə mümkündür ki, öz addımlarını atsın”.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan iki dost ölkəni diplomatik vasitəçilik və tərəflər arasındakı gərginliyə səbəb ola biləcək addımlardan çəkindirəcək: "Hər iki tərəf bizim üçün dostdur. Bu baxımdan Azərbaycan hər iki ölkə ilə münasibətlərinin yenidən yaxşı olmasına çalışır. Hesab edirəm ki, bu tip məsələlərdə günahkar və ya haqlı axtarmaq düzgün deyil. Hər iki dövlət dünyada təhlükəsizliyin qorunmasında məsuliyyətlidir. Bu səbəbdən hər iki tərəf vəziyyəti bu həddə çatdırmamalı idi”.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300