Bu xalq xərçəngə tutulmur, 150 il yaşayır, 65 yaşlı qadınları dünyaya uşaq gətirir - FOTOLAR
 
Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bəs bu uzunömürlülüyün sirri nədədir?

Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayı axır. Bu çayın keçdiyi vadi gənclik vahəsi adlanır. Buranın əhalisi bizdən 2 dəfə artıq yaşayır.

Onların həyat devizi belədir: ət yemə, həmişə çalış, çox hərəkət elə, ritmi dəyişmə.

Xunza sakinlərinin yay rasionuna çiy meyvə-tərəvəz, qış rasionuna isə ərik qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Yazı onlar "ac" aylar adlandırırlar, çünki meyvə hələ yoxdur, qış üçün olan xuruş isə tamamilə azalıb. Bu 2-4 ay ərzində xunza ac qalır, öz güclərini gün ərzində yalnız bir dəfə ərikdən çəkilmiş içki içməklə qoruyub saxlayırlar.

Hərdən, ildə 1-2 dəfə - böyük bayramlarda onlar ət yeyirlər. Bu əlbəttə ki, islama görə haram buyrulan nə donuz əti, nə də inəyi müqəddəs hesab edən qonşu Hindistan görə mal əti deyil.

Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir. 

Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik "gəzinti"yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar.

Bu cür həyat şəraiti "gənclik vahəsi"nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən quruluşu əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər./Qaziler.az/





Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300