ABŞ rəhbərliyi Gülən terror təşkilatı üzərindən Türkiyədə hərbi çevrilişi tətikləyib vətəndaş müharibəsinin başlanmasını və millətimizin bir-birinə qırdırmasını istəyib.

 

Publika.az xəbər verir ki, bunu "Yeni Şafak” nəşrində İbrahim Qaragül yazıb.
 
"ABŞ bu hərbi çevriliş cəhdinin planlaşdırıcısı və icraedicisidir. O generallar, o vətən xainləri bütün təlimatları Güləndən alıb, o isə müdaxiləni planlaşdıranların əmrlərini çatdırıb. Bir terror təşkilatının liderini qoruyan ABŞ terrora dəstək verən ölkə elan edilməlidir. Bu ölkə Gülənin terrorçuları üzərindən vətəndaşlarımıza güllə yağdırıb”, - türkiyəli yazar bildirib.
 
İbrahim Qaragülün sözlərinə görə, ABŞ rəhbərliyi birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öldürülməsini planlaşdırıb.
 
"Təkrar edirəm: Ərdoğanı şəhid etmək üçün edilən hücum Gülənin terrorçuları üzərindən birbaşa ABŞ-da ABŞ tərəfindən hazırlanıb və təlimat onlar tərəfindən verilib. Türkiyə Böyük Millət Məclisi ABŞ-ın qoruduğu terrorçular tərəfindən bombalanıb. Millətin məclisini bombalamaq millətə döyüş elan etmək deməkdir. Tarixdə analoqu olmayan bu hücum ABŞ-ın qoruduğu bir adamın terrorçuları tərəfindən həyata keçirilib”, - İbrahim Qaragül yazıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300