Azərbaycanlı gənc Türkiyədəki son olaylarla bağlı hazırladığı video-çarx izlənmə rekorları qırır.Uluyol.info xəbər verir ki,Ülvi Mirzəzadənin "Qurdlar Vadisi" serialı üzərindən hazırladığı video-çarx "youtube"şəbəkəsində iki gün öncə yerləşdirilməsinə baxmayaraq artıq izləyici sayı 280 mini keçmişdir.Polad Ələmdarın olduğu səhnələrdən düzənlənən videoda Türkiyədəki hərbi qiyam və acıları çatdırılır.Türkiyə sosial mediyalarında da yer alan videonun müəllifi ilə uluyol.info olaraq söbətləşdik.

Ülvi bəy,sizin buna kimi onlarla milli -vətənpərvərlik mövzularında hazırladığınız video-çarxların şahidi olmuşuq.

-Necə oldu ki,belə bir video hazırlamaq qərarına gəldiniz?

-Bu gün sosial şəbəkələrin ictimai fikir formalaşdırmağa,istədiyini deməyə,informasiya almağa  rahat və münasib yer olduğu danılmazdır.Düz qeyd elədiz ki,buna kimi milli vətənpərvərlik mövzularında , elə aprel döyüşlərində bir neçə videolarımız izləyicilərimizin ilgisin çəkə bilmişdi.Bu videonu hazırlamağa gəlincə,mən və ətrafımdakı insanların hadisələrdən sarsıldığın,qardaş Türkiyəmizdə yatsaq yuxumuza girməyəcək olayların baş verməsindən sonra qərara gəldim ki,Türk Silahlı Qüvvətlərinin və vətəndaşların şəhid olduğu günü video şəklində hazırlayam.Açığı bu qədər ilgi göstəriləcəyin gözləmirdim.Son iki gündə sosial şəbəkələr vasitəsilə minnətdarlıq bildirən izləyicilərin sayı qürurvericidir.

Necə oldu ki,hadisələri anlatmaq üçün məhz "Qurdlar Vadisi" serialın seçdiz?

-Qurdlar Vadisi serialı sadəcə kommersiya məqsədilə yaranan serial deyil.İzləmişsizinizsə,orada xalqın ,millətin gələcəyi,Vətənin bütövlüyü,regiondakı geo-siyasi prosesləri çılpaqlığı ilə göstərilir.Serialın əsas süjet xəttidə Türkiyənin inşikafın əngəlləmək,müharibələrə sövq eləmək  ,bu kimi oyunlara çəkmək istəyən gizli təşkilatlarla mübarizə aparılır.Bu səbəblərə görə 13 il ekranlarda olan "Qurdlar Vadisi" və baş qəhrəmanın seçdim.Videoda istifadə olunan şeirlərdə çox gözəl seçilmişdir.

Videonun üzərində ki sloqanda " Bizi bizə düşmən edənlərin Allah bəlasını versin" yazılır.

-Şeirlər "Dağlıca türküsü" və Murat Evgindən seçmələrdi.Sloqanı elə seçməyimdə məqsədim isə,din adı ilə Türkiyənin içinə girməyi bacarmış,vəzifəli şəxsləri ələ alınması və sonda xalqın silahı ilə öz xalqına divan tutan FETO teror qruplaşması nəzərdə tutulur.Azərbaycan gənci olaraq Türkiyəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhlarına Allahdan rəhmət,ailələrinə səbr diləyirəm.

Şehitler ölmez Vatan bölünmez!.. 

Sana sıkılan kurşun

Ciğerime saplanır

Bilmem bu acı nasıl
Yüreğimde saklanır

 
 
 

Can verdiğin bayrağın
Tabutuna sarılmış
Sana yüce yaradan
Cennetten yer ayırmış


Şehidim rahat uyu
Biz bekleriz vatanı
Bu millet affeder mi
Sana kurşun atanı


Can verdiğin bayrağın
Tabutuna sarılmış
Sana yüce yaradan
Cennetten yer ayırmış


Melekler seni bekler
Hasretle gökyüzünde
Sen her şeye değersin
Milletin gözünde


Can verdiğin bayrağın
Tabutuna sarılmış
Sana yüce yaradan
Cennetten yer ayırmış

Murat Evgin - "Şehit" 


Kader yazıldı 
Kınam yakıldı 
Canlar verildi 
Bu vatan borçu 
Sana elveda diyemedim kii 
Sadece bu yakar içimi 


Her şehitin ardından bir türkü söylenirmiş anne,
Sende benim ardımdan bir türkü söyle ağlama anne ,gidiyorum ben...
 
Uluyol.info həmin videonu təqdim edir: 


 
Uluyol.info 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300