Binali Yıldırım: Hüquqdan kənara çıxanlar cəzalandırılacaq
 
Türkiyənin baş naziri Binali Yıldırım ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasınn (CXP) sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər görüşdən sonra ortaq mətbuat konfransında iştirak ediblər.

Binali Yıldırım CXP sədrinə hərbi çevrilişin ilk saatlarında iqtidara verdiyi dəstəyə görə təşəkkür edib.

Baş nazir CXP-nin və digər siyasi partiyaların göstərdikləri dəstəyin qiyamın yatırılmasında böyük rol oynadığını qeyd edib.

Baş nazir Binali Yıldırım qiyamın yatırılması zamanı bəzi təxribatçıların iş başında olduğunu bildirərək, bu kimi hallara yol verilməyəcəyini vurğulayıb.

Binali Yıldırım qiyamla bağlı aparılan təhqiqatın hüququn ali prinsipləri çərçivəsində olacağını qeyd edib:"Bir səhv başqa bir səhvlə düzəldilməz. Hüquq dövlətində intiqam almaq əsla qəbul olumur. Bundan belə vəzifələrini həyata keçirərkən qanun xaricində hərəkət edən olursa, ən şiddətli şəkildə üzərlərinə gedəcəyik”.

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qiyamın yatırılması və ondan sonra aparılan təhqiqat zamanı hüquq pozuntularına yol verilməsi ilə bağlı narahatlıqlarını baş nazirin diqqətinə çatdırdığını söyləyib. 

"Xüsusilə sadəcə əmri yerinə yetirən sıravi əsgərlərə və kiçik komandirlərə qarşı zorakılıq həyata keçirilməsinin doğru olmadığını və bunların araşdırılmasının vacibliyini baş nazirin diqqətinə çatdırdım. Cəmiyyətdə hökm sürən gərginliyi birlikdə yatırmaq bizim ortaq vəzifəmizdir”, - deyə o, bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300