Bu gün Elmar Hüseynovun ad günüdür. Müasir Azərbaycan jurnalistikasının simvolu, məşhur "Monitor” jurnalının baş redaktoru, Əliyev hakimiyyətinin tənqidçisi və demokratiya carçısı, istedadlı və cəsur qələm sahibi Elmar Hüseynov sağ qalsaydı, bu gün 49 yaşı tamam olacaqdı.
Bu gün demokratik düşərgənin və media aləminin bir qrup təmsilçisi Elmar Hüseynovun qəbrini ziyarət ediblər.
Mərhum jurnalistin dostu Şahbaz Xuduoğlunun aparıcılığı ilə keçən tədbirdə Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, "Turan” agentliyinin baş redaktoru Mehman Əliyev, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müasir jurnalistikasının inkişafında Elmar Hüseynovun rolu, onun qətlinə və bu cinayətin üstünün indiyədək açılmamasına görə Əliyev hakimiyyətin məsulıiyyət daşıdığı vurğulanıb.
Bastainfo.com