Fövqəlnazirin sonu yetişir

 

"Tükü tükdən seçən” ölkə başçımızı isə aldatmaq o qədər də asan deyil.

Milli mətbuatımızın dilindən düşməyən "sevimli” personajlardan biri və bəlkə də birincisi olan Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov dəqiq və məsuliyyətli bir məmur kimi özünü tanıtmağa müvəffəq olub və siyasi səhvlərə yol verməyib. Elə bu səbəbdəndir ki, onun karyerası üçün də indiyədək real təhlükə olmayıb. Ölkə başçısı ona daim böyük etimad göstərib. 

Digər məmurlar arasında öz sadəliyi və bəlkə də xalqa yaxınlığı ilə seçilən Kəmaləddin Heydərovun övladları da heç vaxt əndazəni aşmamış və onun başını aşağı etməmişlər. "Qudurğan məmur övladları” məsələsi gündəmə gəldikdə Kəmaləddin Heydərovun adını belə kimsə dilinə gətirməyib. Bütün bunlar olduqca iti zəkalı və siyasi strategiyaya malik olan Heydərovun ailə tərbiyəsindən də irəli gəlir. 

Əlbəttə ki, "Abasqulu bəyi naxırçı İmanla” müqayisə etmək olmaz. Bütün taktiki addımlarını tam düzgün atan Heydərov yalniz kadr siyasətində bəzi boşluqlara yol verib ki, məhz bu səhvlər onun "imperiyasının” sonunun başlanğıcını gətirə bilər. Yuxarida qeyd etdiyimiz kimi, nazirin övladları sakit xarakterlidirlər və onun başına dərd açmayıblar. Lakin Heydərovun etimad göstərdiyi bəzi kadrları əməlli başlı əndazəni aşıb. 

Belələrindən biri nazirliyin nəzdində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. 1972-ci il təvəllüdlü bu şəxs, necə deyərlər, Heydərovun əlinin altında böyüyüb. Nazir onu Gömrük komitəsindən özü ilə gətirib və hal hazırkı Fövqaladə Hallar Nazirliyində ən önəmli vəzifələrdən birini ona tapşırıb. Əslində Cəbrayıl Xanlarov sözü gedən nazirliyin ən önəmli və pul gətirən qurumuna rəhbərlik edir və onu hətta Heydərovun "pul kisəsi” də adlandırırlar.

Xanlarovun məsuliyyətsiz hərəkətləri "fövqəlnazir”in sonunu yetışdirir

Nazirin birinci müavini Rafael Mirzəyevin əlinin altında işləyən bu şəxs Heydərovun əsas gəlirlərinin təminatçısı rolundadır. Cavan yaşına baxmayaraq kifayət qədər möhkəm xarakterə malik olan Cəbrayıl Xanlarov özünü rəhbərliyə yaxşı göstərərək əl altından da geniş miqyaslı işlər görür və xeyli gəlir gətirən biznes şəbəkəsinə malikdir. Bütün bu var dövləti rüşvət hesabına əldə edən Xanlarov son zamanlar özünü lap Bakının neft milyonçuları kimi aparır. 

Əgər Musa Nağıyev Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaitləri hesabına Bakının bir neçə yerində binalar inşa etdirmişlərsə, sözü gedən agentlik rəisi paytaxtda ucaldılan hər bir binadan özünə ən azı beş mənzil götürüb. Elə bir malikanə tikdirib ki, hətta milyoçu Tağıyev də bu dəbdəbəli saraya baxıb həsəd aparardı. Xanlarovun Bilgəhdəki bir neçə hektarlıq ərazisində inşa edilən bu "feodal qəsrinin” tikintisinə 20 milyon dollardan çox vəsait sərf edildiyini bildirən mənbəmiz bu möhtəşəm binanın ölkə prezidenti İlham Əliyevin diqqətini cəkdiyini və onun bu dəbdəbəli sarayı sökdürmək əmrini verdiyini vurğulayır. 

Lakin Cəbrayıl Xanlarov prezidentin də əleyhinə çıxaraq söküntüyə əngəl törətmişdir. Bu məsələ barəsində iki gün öncə bəhs etmişdik. Saytımızdakı bu yazını oxuduqdan sonra Cəbrayıl Xanlarov öz köməkçisi Asiman adlı şəxsi guya ki, qarşı tərəf kimi münasibət bildirmək üçün redaksiyamıza göndərmişdir. Asiman müəllim bizə bildirdi ki, səhv yazmışıq həmin tikili yerlə yeksan edilməyib. Belə çıxır ki, Cəbrayıl Xanlarov prezidentin əmrini qulaq ardına vurmağa müvəffəq olub və mənbənin də bildirdiyinə görə, müxtəlif yollarla gözə kül üfürərək öz malikanəsini qoruyub saxlamaq istəyib. 

"Tükü tükdən seçən” ölkə başçımızı isə aldatmaq o qədər də asan deyil. Əslində bu cür məsuliyyətsiz hərəkətləri ilə "plagiatçı-alim” Cəbrayıl Xanlarov birbaşa Fövqəladə Hallar naziri Kamaləddin Heydərovu zərbə altında qoymuş olur. Hesab edirik ki, hörmətli Nazirin bu barədə düşünməyinə dəyər. Hər halda xəstəliyin ilkin əlamətlərini bildikdə, onu aradan qaldırmaq daha asandır, bütün orqanizmə yayılmamış. (Irevan-press.com)

 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300