Erməni deputat:
Yerevanda girovların götürülməsi ətrafında çıxılmaz vəziyyət yaranıb. Bunu Ermənistanın müxalifətçi deputatı Nikol Paşinyan deyib.

Virtualaz.org-un TASS-a istinadən verdiyi məlumata görə, o, bazar günü silahlı şəxslər tərəfindən ələ keçirilən patrul və polis qüvvələri alayının qərargahını ziyarət edən yeganə kənar şəxs olub.

Paşinyanın fikrincə, növbəti qan tökülməsini ehtimal edən çıxılmaz vəziyyət yaranıb: "Hamı anlayır ki, bu vəziyyət belə çox davam edə bilməz və bizim sonrakı qan tökülməsinin qarşısını almaq üçün cəmi bir neçə saatımız var".

Bununla əlaqədar deputat hesab edir ki, vətəndaşlar, siyasətçilər, Ermənistan ziyalıları yeni qurbanlar verilməsinin və qan tökülməsinin qarşısının alınması üçün hər şeyi etməlidirlər.

Paşinyan bu gün Jirayr Sefilyanla görüşmək və ona bütün vəziyyəti izah etmək üçün "Vardaşen" cəzaçəkmə müəssisəsinə getmək istəyib, lakin bunun üçün izn ala bilməyib.

Parlament üzvü bildirib ki, radikal müxalifətin həbs edilmiş lideri ilə vəziyyət və çıxış yolları haqda danışmaq üçün yenə görüşməyə çalışacaq.

Deputat xatırladıb ki, qiyamçılar Sefilyanın azad edilməsini və onun hakimiyyətlə danışıqlar aparılacaq yerə gətirilməsini tələb edirlər. "Onların başqa tələbi - Ermənistan prezidenti Serj Sarkisyanın istefası və müvəqqəti xalq etimadı hökumətinin formalaşdırılmasıdır", - deyə müxalifətçi qeyd edib.

Deputatın fikrincə, polis alayının tutulmasının ətrafında vəziyyət sakit, ancaq son dərəcə gərgindir və "istənilən vaxt nəzarətdən çıxa, onlarla qurban verilə bilər".

Onun fikrincə, "indi alayda, qəsəbədə, Yerevanda, Ermənistanda hər kəsin həyatı təhlükə altındadır. Bu vəziyyət onlarla, bəlkə də yüzlərlə insan üçün birbaşa təhlükədir”.

Parlament üzvü hesab edir ki, onlar bu insanların həyatını xilas etmək, yeni qurbanlar verilməsinin və Yerevanda güllə atılmaısının qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Paşinyanın danışdıq apardığı qiyamçıların təslim olmağa hazırlaşmadıqlarını və polisin müdaxiləsi zamanı müqavimət göstərməyə hazır olduqlarını da vurğulayıb

Deputat tutulan alaydan qiyamçıların əlinə kifayət qədər silah keçməsindən narahat olduğunu da bildirib.

Xatırladaq ki, həm xüsusi xidmət orqanları, həm də Ermənistanın polisi bildirir ki, onların xüsusi təyinatlı bölmələri döyüşə hazır vəziyyətindədir, ancaq hərəkətə keçmək üçün əmr almayıblar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300