Hulusi Akar necə girov götürülməsindən danışdı

General Türkiyə parlamentinin fövqəladə toplantısına qatılıb.

Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar iyulun 15-də baş verən hadisələr və necə girov götürülməsindən danışıb.

Uluyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə parlamentinin fövqəladə toplantısına qatılan H.Akar parlament sədri, baş nazir, MHP və CHP liderləri ilə 40 dəqiqəlik görüş zamanı olanları xırdalığına qədər danışıb və özünə yaxın olan zabit heyəti tərəfindən girov götürüldüyünü deyib.

NTV-nin məlumatına görə, hərbi çevrilişə cəhd edənlər ona çevriliş haqqında bəyanatı imzalatmaq istəyiblər. Hətta "bunu imzalasanız həyatınız təhlükədə olmaz” deyə xəbərdarlıq da edilib.

Yanındakı komandirlər ilə birlikdə Ankaradakı hərbi bazaya gətirilən H.Akar və digər rütbəlilər ayrı-ayrı otaqlarda saxlanılıblar. Hərbçilərə uzun müddət yemək və su verilməyib.

H.Akar ona silah çəkdiklərini, müqavimət göstərməyə çalışanda isə dava düşdüyünü deyib. Boynundakı göyərti izləri də də bu zaman olub.

Toplantıda boğazı kəsilərək öldürülən əsgər də gündəmə gəlib. CHP lideri Kamal Kılıçdaroğlu dini işlər üzrə nazir Mehmet Görmezdən məsələ ilə bağlı açıqlama tələb edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300