Musavat Türkiyənin legetim hakimiyyətini və ordusunu dəstəkləyib

 

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi Müsavat Partiyası Divanının şənbə günü növbədənkənar toplantısında geniş müzakirə olunub.

İnsanların həlak olmasına səbəb olan, Türkiyə Cümhuriyyətinin çıxarlarına ciddi zərbə vuran bu hadisələrlə bağlı  xəbərlər dərin məyusluq ifadə edilib.

Müsavat Partiyasının Divanı legitim siyasi hakimiyyətlərə qarşı törədilən bütün hərbi çevrilişləri, o cümlədən dünən Türkiyədə Silahlı Qüvvələrin bir hissəsi tərəfindən baş verən çevriliş cəhdini siyasi hakimiyyətin əvəzlənməsi üçün qəbuledilməz üsul kimi pisləyib.

Müsavat Partiyası qardaş türk xalqının bu sınaqdan da uğurla çıxacağına, çevriliş cəhdinin törətdiyi fəsadların Türkiyə Cümhuriyyətinin istiqlalının qarantı olan orduya qarşı çevrilməyəcəyinə, əsası Atatürk tərəfindən qoyulmuş cümhuriyyət dəyərlərinə, dünyəvi, hüquqi, demokratik Türkiyə Cümhuriyyətini qorumağa və inkişaf etdirməyə nail olacağına inamını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300