Atatürk hava limanı xaricdən təyyarə qəbulunu bərpa etdi
 
Atatürk hava limanı ölkə xaricindən sərnişin təyyarələri qəbul etməyi bərpa edib.

Bu barədə hazırda İstanbulda olan əməkdaşımız xəbər verib. Onun sözlərinə görə,
bu gün axşam saatlarında hava limanına iri tutumlu, dörd motorlu təyyarə enib.

Qeyd edək ki, dünən gecə baş verən hərbi çevriliş cəhdindən sonra Atatürk hava
limanı xarici reyslərini təxirə salmışdı. Bu üzdən İstanbula gəlmək və İstanbuldan
getmək istəyən minlərlə sərnişin həm İstanbulda, həm də başqa şəhərlərdəki
hava limanlarında intizarda qalmışdılar.

Təxminən 22 saat idi ki, Atatürk hava limanına yalnız THY və Türkiyənin özəl hava
şirkətlərinin təyyarələri enirdi.
 
(musavat.com)


 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300