obama-pentagon

Dünya liderləri bu gecə Türkiyədə baş verən çevriliş cəhdi ilə əlaqədar bəyanat yayıblar.

Dövlət katibi Con Kerri ilə telefon əlaqəsi yaradan ABŞ prezidenti Barak Obama Türkiyənin demokratik yollarla seçilmiş prezidentinin dəstəklənməli olduğunu bəyan edib.

Bu barədə Ağ Evin Türkiyədə son hadisələrlə bağlı bəyanatında qeyd edilib.

Bəyanatda həmçinin prezident və baş katibin tərəflərin hər növ zorakılıqdan və qan tökülməsindən yayınmalı olduğu barədə də razılığa gəldiyi qeyd edilir.

BMT baş katibi Ban Ki-Mun tərəfləri Türkiyədə təmkinli olmağa çağırıb.

bmt pan km

Baş katibin adından yayılan bəyanatda BMT-nin Türkiyədə çevriliş cəhdindən xəbərdar olduğu və qurumun hadisələri yerində aydınlaşdırmaq niyyəti yer alıb.

Federika Mogerini

federika mogerini

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini də Türkiyədə baş verən son hadisələrlə əlaqədar tərəfləri "təmkinlilik nümayiş etdirməyə və demokratik təsisatlara hörmət etməyə” çağırıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini pisləyib.

mehemmed_cavad_zerif

XİN başçısı "Twitter” hesabında region ölkələrində hərbi çevrilişlərə yer olmadığını yazıb.

"Türk xalqının demokratiya və qanuni şəkildə seçilən hökuməti qətiyyətlə müdafiə etməsi hərbi çevrilişin uğursuzluğa məhkum olduğunu sübut etdi”, – deyə M.C.Zərif qeyd edib.

"Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox vacibdir”.

Bu bəyanatla Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirdiyi iclasında deyib.

Baş nazir bildirib ki, Türkiyə Gürcüstan üçün strateji tərəfdaşdır və bu ölkədə sabitliyin qorunması rəsmi Tbilisi üçün çox vacibdir.

Hərbi çevrilişin bütün demokratik ölkələr üçün yolverilməz olduğunu vurğulayan G.Kvirikaşvili, Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib.

Rusya xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, Türkiyədəki hadisələri diqqətlə izləyirlər:

lavrov2

"İstənilən ölümlərə səbəb olan qarşıdurmalardan uzaq durmalı və bütün problemlərin konstitusiya çərçivəsində həll olunması lazımdır”.

(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300