Mediya nümayəndələri Türkiyə səfirliyi önündə dəstək aksiyası keçirdi-FOTOXain çevriliş cəhdinin qarşısının alınmasında fəal olan Türkiyə mediasının yanındayıq.Uluyol.info xəbər verir ki,bu sözləri Bakı Milli Televiziyasının təsisçisi İlham Rəsulzadə bildirib.

Türkiyədə yaşanan bir qrup hərbi qruplaşma tərəfindən zor gücü ilə dövləti zəbt etmə qeydə alındığı vaxtdan ölkəmizdə Türkiyə səfirliyi önündə canlanma müşahidə olunur.İctimai-siyasi fəallar,mətbuat nümayəndələri səfirlik önünə gələrək qardaş Türkiyə xalqına dəstək verməkdədirlər.
 
Bakı Milli TV, Bakı FM -in kollektivi səfirlik önündə mediya nümayəndələri ilə keçirdiyi dəstək aksiyası keçirmişdir.

" Ötən gecə Türkiyədə baş verən hadisələri səhərədək narahatlıqla izlədik. Bir qrup hərbçinin bu xain əməli dövlət çevrilişinə cəhd və türk xalqının iradəsinə, seçiminə qarşı yönələn çevriliş cəhdidir, Türkiyənin Cümhuriyyətinin Konstitusiyasına, 93 illik demokratiyasına qarşı atılan çevriliş cəhdidir.
Biz, Bakı Milli Televiziyası və Bakı FM radiosi olaraq, Türkiyədə bir qrup tərəfindən törədilən hərbi çevrilişə cəhd zamanı bütün dünya ictimaiyyətini baş verən hadisələr haqqında vaxtında və ətraflı informasiya ilə təmin edən türk həmkarlarımızı dəstəkləyir, onların yanında olduğumuzu bəyan edirik. Ümid edirik ki, tarix hər zaman Türkiyə Kütləvi İnformasiya Vasitələrinin türk xalqına fədakar xidmətlərini heç zaman unutmayacaqdır. "


 
ULUYOL.İNFO
Tural İntiqam

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300