bitmap-img6

 

Rusiya polisini öldürdüklərinə görə, məhkəmə üç azərbaycanlıya hökm oxuyub

 


Ötən il noyabr ayının 19-da polis əməkdaşını öldürən üç azərbaycanlıya bu gün hökm oxunub.

Belə ki, ən çox iş Samir Babayevə kəsilib. O, 9 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, Babayev polisə ilk zərbəni vurub yerə yıxdıqdan sonra onu döyməyə başlayıb.

Cinayət yerində olan ikinci azərbaycanlı Sərraf Babayev də zərəçəkəni döyüb. Ona bu cinayətə görə yeddi il iş kəsilib.

Üçüncü şəxs İsmayıl Babayevə məhkəmə bəraət qazandırıb. İttiham edilən daha iki nəfər həlak olanın ailəsinə 1000 qrivin (44 manat) cərimə ödəyəcəklər.

Lakin ölən polis əməkdaşının ailəsi məhkəmənin hökmü ilə razı olmadığından apelyasiya məhkəməsinə müraciət etmək niyyətindədir.

Hadisə keçən il noyabrın 19-da gecə klublarından birində baş verib. Belə ki, 26 yaşlı DYP-in inspektoru Oleq Torba və üç azərbaycanlı arasında söyüş üstündə mübahisə düşüb.

Əvvəlcə sözlə bir-birilərini təhqir edən gənclər, daha sonra əlbəyaxa olublar. Oleq həmin yerdən qaçaraq canını qurtarmaq istəyib. Lakin üç dost onun ardınca qaçaraq onu yerə yıxıb ayaqla təpikləməyə başlayıblar.

Huşunu itirən polis əməkdaşını hadisə yerində qoyub qaçan azərbaycanlılar daha sonra polis əməkdaşları tərəfindən tutulublar. Zərərçəkən Oleq isə təcili yardım maşınında xəstəxanaya aparılsa da, o, maşındaca keçinib.

Analoji hal bu ilin may ayının 25-də olub. Belə ki, Moskvada polis əməkdaşını öldürən 25 yaşlı azərbaycanlı Rəşidov Nemət İlham oğlu tutularaq, məsuliyyətə cəlb olunub. O, hadisəni törətdiyini etiraf edib. Rusiya mətbuatından verilən məlumata görə, ona 20 il, ya da ömürlük iş cəzası kəsiləcək.(ans press)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300