VHP-Turkman-300x130

 

Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır.

VHP mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında deyilir. Bəyanatda türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir:

"Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə bu gün verdiyi Rusiya hərbi hava qüvvələri rəsmi olaraq Hələb, Dəməşq, İdlib, Latakiya, Həma, Xüms, Rakka və Deyr-əz-Zor bölgələrində İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb. Hələbin şimal-şərq bölgəsi, Rakka və Deyr-əz-Zor istisna olmaqla, digər bölgələrdə İŞİD terrorçularının olmadığını nəzərə alsaq, demək, Rusiyanın hava hücumlarının heç də İŞİD-ə qarşı yönəlmədiyini görmək mümkündür.

Türkman Dağı bölgəsində də heç bir terrorçu yoxdur. Rusiya sadəcə Bayırbucaq türklərini bölgədən köçürməyi hədəfləyir və bunun üçün qətliamlar törədir. Son günlər mülki əhali ərasında ölənlərin sayının artması, həmçinin azyaşlı uşaqların bombardman nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, dinc sakinlərə qarşı soyqırımın məqsədi bölgəni türkmanlardan təmizləməkdir.

Rusiya ənənəvi siyasətinə sadiq qalaraq, hara qədəm qoyursa, orada sivil insanların qətliamını həyata keçirir və qırğınlar törədir. Bu ənənəvi siyasətinin tərkib hissəsində isə türklərə qarşı soyqırım əsas prioritetdir.

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırır”.

Yenicag.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300