fb-rubrika

"Xalq nə düşünür?” rubrikasında  bu dəfəki mövzular elektrik enerjisinin qiymətinin artması və deputatlara 6 min manatlıq istirahət paketinin ayrılmasıdır.

İşıq pulu artdı

Elektrik enerjisinin qiymətinin 17 % artımı sosial mediada günün müzakirə mövzusuna çevrilib.  Bir kilovat-saat enerjinin qiyməti 1 qəpik bahalaşaraq, 7 qəpiyə çatıb. Sosial media istifadəçilərinin böyük qismi bu xəbəri narazılıqla qarşılayıb.

Vasif Əliyev deyib ki, "Azərenerji milyonlar yedi, milyarddan çox kredit götürdü, heç nə də eləmədi. İndi onu xalqdan çıxarırlar?”

Əbülfəz Sadıqov isə yazır ki, "Formula 1 oyunlarının zərərini elektrik enerjisinin qiymətini 1 qəpik artırmaqla qarşılayırlar”.

"Xalqın başı endikcə tariflər-qiymətlər də qalxacaq!”, Xaliq Bahadır qeyd edib.

"Bircə dəfə millət qalxsaydı, hər şeyin qiyməti düşərdi”, Əlikram Xurşudov belə düşünür.

"Balkondan bax gör başqa ölkələrdə də işıq pulu qalxıb?”, Cavid Abdullayev ironiya ilə yazıb.

"Camaatın yığılan kommunal borcları qala-qala, durub hələ bir qiymətləri də qaldırırlar. Kasıbın halını anlamayan harınlamış dövlət məmurlarına Allah lənət eləsin”, Səbinə Məmmədovanın paylaşımı belədir.

"Ermənistanda işıq pulu qalxan kimi millət ayağa qalxdı. Bizim ölkədə milləti minib çapırlar, bir nəfər də çıxıb demir ki, bu kasıblardan nə istəyirsiniz?”, Osman Quliyev yazıb.

Elnur AS: "Avropa çempionatinda "Energy of Azerbaijan” reklamına sevinənləri salamlayıram, ən səmimi ürək sözlərimi göndərir ve neçə belə işıqpulu bahalaşması arzulayıram”.

"Büdcənin pulunu yeyib yerini qara camaatın cibindən doldururlar. Ar olsun belə hökümətə!”, Ağa Əliyevin şərhi bu cürdür.

"Elə bir qıraqdan artır, hələ başımıza da çaxırlar ki, başqa dövlətlərə nisbətdə bizdə ucuzdur. Amma başqa dövlətlərdə neft-qaz yoxdur, bizdən yaxşı yaşayırlar”, Günel Mədətova bu cür şərh edir.

"Qiymət artımı olan kimi qonşu ölkələrlə müqayisə edirlər. Müqayisə edənsiniz, yaşam səviyyəsini, bank faizlərini, uşaq pullarını, pensiya və maaşları müqayisə edin də”, Əli Kərimov deyib.

"Hökumət hər addımı ilə sübut edir ki, gördüyü iş 1 qəpiklikdir”, Vidadi Məmmədov qeyd edib.

Alı Rza bildirib ki, "Xalqı axıra qәdәr soymaqda israrlıdırlar. Xalqsa hәlә dә siyasәtә qarışmamaqda davam etsin”.

"Regionun "lider” ölkәsi 1 qәpikdәn mәdәt umacaq vәziyyәtdәdir!”, Aqil Məhərrəmov şərh edib.

Sevinc Vaqifqızı: "Bundan sonra it hürən tərəfə yoxsa işıq tərəfə seçimi də yoxdu. İşıq bahalaşdı”.

"Möhtərəm nə vaxt çıxıb inkişafdan, minlərlə iş yerlərinin açılmasından, regionun lider dövləti olmağımızdan danışır, üstündən iki-üç gün keçməmiş uğur hekayəsinin zibili çıxır”, Elşən Bəyləroğlunun paylaşımı bu cürdür.

"İşıqları söndürün! Yatan xalqın işıq nəyinə gərəkdir?”, Vahid Məhərrəmov istehza ilə yazıb.

İlham Hüseyn qeyd edib ki, "Əvvəlcə pulun işığın azaltdılar, indi də işığın pulun çoxaltdılar”.

"Avropa Oyunları, Formula 1 və İslam Həmrəylik yarışları, SOCAR-ın reklamı, erməni kilsələrinin pulsuz qazla təmin olunması kimi avara-avara işlərə 15 milyard pul xərcləyib işıq pulunu bir qəpik artırmaqla büdcə dolduran hökumət elə bir qəpiklik hökumətdir”, Gültəkin Hacıbəylinin rəyi belədir.

Deputatlara ayrılan 6 min manat

Milli Məclisin deputatlarının istirahəti üçün 6 min manat pul ayrılması sosial mediada ən çox müzakirə edilənlərdən olub. Şəbəkə istifadəçilərinin əksəriyyəti bu addımı adekvat saymayıb.

"Kasıbın puluna göz dikən hakimiyyət onsuz da müəyyən çirkin yollarla milyonlar qazanan deputatlara  6000 manat istirahət pulu verir”,  Amil Məmmədzadə yazıb.

Ağa Məmmədov bildirib ki, "Amma Ermənistanda bu hal tam əksi oldu, deputatlara istirahət üçün ayrılan pul orduya sərf olundu”.

Asya Məmmədova isə deyib ki, "Haqları var. Çapıb talamaqdan yorulublar, bir az da istirahət lazımdır”.

"Deməli, bütün ili Milli Məclis kreslosunda boş-boşuna oturan, ara-sıra bir-biri ilə mənasız söz davalarına çıxan deputatlarımıza yay tətili ilə bağlı 6 min manat pul ayrılıb, haram xoşları olsun”, Nuru Nuruzadə bu cür düşünür.

"Müəllimlə həkimin toplam  illik maaşı heç 6 min manat deyil”, Samir Rüstəm qeyd edib.

"Bəs kasıblara nə verildi? Hər şeyin qiyməti qalxır, bu da kasıblara verilən dəyərdir”, Jalə Məmmədovanın şərhi bu cürdür.

Ramil Həmidov isə ironiya ilə yazıb ki, "Məncə, bu, bizim deputatlara təhqirdir, onlar bunu bir günə xərcləyirlər”.

"Onsuz da istirahət edirlər də. Guya fərli bir iş görürlər ki?”, Leyla Əli belə düşünür.

"Talesiz bəndələr o qədər əziyyət çəkirlər ki, iclaslara gəlib düymə basmaqdan lap yarımcan olublar. Bu pul onların haqqıdır”, Emil Səlimov ironiya ilə paylaşıb.

"Orda oturanların hansının o pula ehtiyacı var görəsən? Qeyrətləri olsaydı, o pullardan imtina edib aprel şəhidlərimizin borclarını silərdilər, ailələrinə maddi yardım edərdilər”, Elçin Yusifbəyli yazıb.

Tofiq Yaqublu bildirib ki, "Bunu onlara yaxşı işlədiklərinə görə yox, yaxşı susduqlarına görə veriblər”.

"Biz işığın pulun çox ödəyək ki, deputatlar yaxşı istirahət edə bilsinlər”, Orxan Baxışlı şərh edib.

"Bizim oğurlanan səsimizlə deputat olan, il boyu heç bir dərdimizə yaramayan biveclərə tətil pulu olaraq 6 min manat ödənilib. Haramları olsun”, Səadət Cahangirin paylaşımı bu cürdür.

İsa Qəmbər qeyd edib ki, ”Hakim rejimin öz tərəfdarlarına xərclədiyi hər 1 manat xalqın cibindən oğurlanır”.

Ramil Səfərov: "125 deputata lazımsız yerə büdcədən 750 min manat getdi. Ən rahat işdir, həftədə 1 dəfə gəl otur zalda kresloda, mürgülə, çıx get”.

Gürşad Vəliyev isə deyib ki, "İşıq pulunu qaldırınca, o deputatların yarısını ixtisara salın, onsuz da bir işə yaramırlar”.

(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300