Hüseynbala Mirələmovun Neftçala sərgüzəştləri
Neftçaladan redaksiyamıza yeni məlumatlar daxil olub. Qaynarinfo.Az-a məlumat ötürən mənbə Kənd Təsərüfatı Nazirliyinin Neftçala rayon laboratoriyasının müdiri Mustafa Əliyevin fəaliyyəti barədə ilginc məlumatlar verib.

Mənbə bildirir ki, rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini işləmiş Mustafa Əliyevlə bağlı bu günə qədər Prezident Administrasiyasına və digər dövlət qurumlarına yüzlərlə şikayət məktubu ünvanlanıb. Buna baxmayaraq, o, Kənd Təsərüfatı Nazirliyinin Neftçala rayon laboratoriyasına müdir təyin olunub.

Bizə məlumat verən mənbə Mustafa Əliyevin təyinatının arxasında duran məqamları açıqlayıb. Mənbənin iddiasına görə, o, bu təyinat üçün icra başçısı İsmayıl Vəliyevə 60 min manat verib. Mustafa Əliyevin təyinatında digər himayəçi isə millət vəkili Hüseynbala Mirələmov olub. İddia olunur ki, deputat Mustafa Əliyevi kənd təsərüfatı naziri Heydər Əsədovla görüşdürüb. Hətta nazirə onun öz adamı olduğunu bildirib.

Mustafa Əliyev isə bunun qarşılığında Hüseynbala Mirələmova müdir təyin olunan kimi 11-12-13 nömrəli dövlət torpaq fondundan 1000 hektar torpaq sahəsi ayıracağını vəd edib. Bundan başqa Mustafa Əliyev Hüseynbala Mirələmova 13-14 nömrəli dövlət torpaq fondundan 1500 hektar otlaq sahəsi (qış otlağı) verib. Ərazi örüş sahəsi olsa da, deputat burda taxil əkdirir.

Mənbə həmçinin bildirir ki, Mustafa Əliyev rayonun Boyat kəndində 11-12 nömrəli dövlət torpaq fondundan deputat üçün iki dəfə torpaq sahəsi ayırıb. Bunlardan biri 500, digəri 350 hektar olub. Hüseynbala Mirələmov bu sahələrdə əkinçiliklə məşğul olur. Əvəzində isə Mustafa Əliyevə himayədarlıq edir.

Qaynarinfo.Az-ı məlumatlandıran mənbə bildirir ki, Mustafa Əliyev icra başçısı İsmayıl Vəliyevin kassası hesab olunur. Onun balıq yetişdirmək üçün fəaliyyət göstərən vətəgələrdən hər hektara görə ayda 100, əkin sahələrindən isə 30 manat yığdığı deyilir. 

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300