Bu gün gecə radələrində Fransanın Nitsa şəhərində baş verən silahlı hücumu
törədən şəxsin kimliyi məlum olub.
Axar.az Nitsa-Matin saytına istinadən xəbər verir ki, bu şəxsin adı Məhəmməd
Lahueyc Buhleldir.
Xatırladaq ki, yük maşını şəhər bulvarında "Bastiliya qalasının alınması” bayramı
münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanların üzərinə hərəkət edib.
Daha sonra terrorçu odlu silahla vətəndaşlara atəş açıb.
Nəticədə 84 nəfər ölüb, 120-ə yaxın şəxs xəsarət alıb.