Neftçalada "Gəncəli Rafiq” terror əsdirməkdə davam edir və ona icra başçısına arxayın olan bu şəxsə heç kim dur demir



 

Bu gün səhər saatlarında Neftçala rayonunda daha bir qalmaqal baş verib. Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əli kimi tanınan Rafiq İbrahimov sürücünü təhqir edərək döyüb. 

AzMedia.info saytına Neftçaladan daxil olan məlumata görə bu gün səhər saatlarında Neftçala rayonunda Neftçala-Gəncə marşurutu ilə işləyən Tofiq adlı sürücü icra başçısının sağ əli olaraq bilinən "Gəncəli Rafiq” adı ilə tanınan şəxs tərəfindən döyülüb. Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də Gəncəli olduğundan rayonunun bütün idarəsini yerlisinə verib və hazırda Rafiq İbrahimova Neftçalada İsmayıl Vəliyevin "darğası” deyilir.

Belə ki, Neftçaladan daxil olan məlumatda bildirilir ki, icra başçısının adından Neftçala avtovağzalını idarə edən Rafiq İbrahimov bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin izni olmadan qanunsuz olaraq yeni Neftçala-Gəncə marşurutu yaradıb. Nəqliyyat Naziryiyinin müvafiq marşurutunda  Gəncə-Neftçala reysini həyata keçirən Tofiq adlı şəxs buna etiraz edib və nəticədə icra başçısının "darğası” tərəfindən ağır şəkildə təhqir olunaraq döyülüb.

Bildirilir ki, insidentlə bağlı Neftçala-Gəncə marşurutunun sahibi Tofiin Nəqliyyat Nazirliyinə, Baş Prokurorluğa şikayət məktubu ünvanladığı bildirilir. Hazırda rəsmi qurumların Rafiq İbrahimov tərəfindən qanunsuz olaraq açdığı Neftçala-Gəncə marşurutunu araşdırmağa başladıqları qeyd olunur.   

Xatırladaq ki, Rafiq İbrahimov tez-tez qanunsuz əməlləri ilə gündəmə gəlir. Bundan əvvəl də Neftçala rayon İcra Hakimiyyətinin başçısının "darğası” barədə Neftçalanının Tataraməhlə kəndindən mətbuata daxil olan məlumatda qeyd olunurdu ki, rayonda arpanın qiyməti 15-16 qəpik olduğu halda Rafiq İbrahimov taxılı ona 10 qəpiyə satmağa məcbur edir. Bildirilirdi ki, Kür çayının üstündəki körpülərdə polis postları qoyduran Rafiq İbrahimov kəndlərdən taxıl toplayan yük maşınlarını əraziyə buraxdırmır və kəndlilərdən arpanı ona 10 qəpiyə satmağı tələb edir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300