Neftçalanın baş memarı icra başçısının adından necə istifadə edir?
 
Vüqar Nağıyev sahibkarları və vətəndaşları incitməyi ona İsmayıl Vəliyevin tapşırdığını bildirir.
 
Bir neçə il əvvəl, daha dəqiq desək, 2013-cü ildə Neftçala şəhərinin baş memarı Rüstəm Tahirovun barəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə cinayət işi açılmışdı. Baş memarın barəsində başlanmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, R.Tahirov barəsində cinayət işi bir neçə sahibkarın şikayəti əsasında başlanıb. Belə ki, o rayonda sahibkarlıqla məşğul olan şəxslərə məxsus ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Obyektlərinin sökülməməsi müqabilində onlardan pul tələb edildiyi üçün həmin sahibkarlar şəhərin baş memarından prokurorluğa şikayət ediblər. Sahibkarın şikayəti araşdırılıb və fakta hüquqi qiymət verilib. Rüstəm Tahirov barəsində cinayət işi başlanmaqla yanaşı, o tutduğu vəzifədən də uzaqlaşdırılıb.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, rayonun hazırkı baş memarı isə Vüqar Nağıyevdir. Neftçaladakı mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, hazırkı memar heç də Rüstəm Tahirovdan geri qalmır: «Təxminən 3 ildir bu vəzifədə işləyən Vüqar müəllim sahibkarların qorxulu röyasına çevrilib. O sənədlərində xırda problem olan ticarət obyektlərinin sahiblərini incitməklə məşğuldur. Deyir ki, filan qədər gətirməsəniz, obyektiniz söküləcək. Bəzi iş adamlarının baş memarın tələblərini qarşılamağa imkanı yoxdur. Bu səbəbdən onlar çıxılmaz vəziyyətdə qalıblar.
 
Digər tərəfdən, Neftçala rayonu ərazisində ictimai-iaşə obyekti və fərdi yaşayış sahəsi tikmək istəyənlərə də rayonun baş memarı tərəfindən süni əngəl yaradılır. Vüqar Nağıyev sənədləri qaydasında olan vətəndaşlardan «şirinlik» tələb edir. Əks təqdirdə tikinti işlərinin aparılmasına imkan vermir». Mənbəmiz deyir ki, baş memar törətdiyi bütün qanunsuz işlərdə icra başçısı İsmayıl Vəliyevin adını çəkir. Bildirir ki, icra başçısı belə tapşırıb. Deyilənə görə, Vüqar Nağıyev Neftçalanın baş memarı təyin olunandan sonra il işi avtomobilini dəyişmək olub. Həmçinin rayon ərazisində bir neçə ticarət obyektinə sahiblənib. Bu barədə yaxın günlərdə şok faktları açıqlayacağıq.
 Bizi izləyin.
Qarşı tərəfə də cavab haqqı tanıyırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300