Pentaqon: İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edlib
 
ABŞ Hərbi-Hava Qüvvələri hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifəni məhv edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
 
Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib: "Ömər Xəlifə ilə birgə  "İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən  hücumlara bilavasitə rəhbərlik edib”, deyə P.Kuk bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300