gurcu nazir istefa

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli tutduğu vəzifədən istefa verib.

Tinatin Xidaşeli vəzifəsini iyulun ortasında tərk edəcək. Bu haqda nazir özü "Respublika partiyası”nın ofisində bəyan edib. Brifinqdə, həmçinin məlum olub ki, Xidaşelidən başqa barışıq və bərabərlik naziri Paata Zakareişvili də vəzifəsindən istefa verib. Daha bir nazir Qiqla Aqulaşvili isə vəzifəsində qalmasına baxmayaraq partiya sıralarından çıxıb.

Xidaşelinin sözlərinə görə, o, ötən gün Baş nazirlə görüşüb və iş cədvəli haqqında danışıqlar aparıb.

"Biz bu prosesi sivil şəkildə sona çatdırmalıyıq. Yekunlaşdırmalı olduğumuz bir neçə tədbir qalıb. Mən heç vaxt işlərimi yarımçıq atmıram” – deyə xanım Xidaşeli bildirib.

Gürcü nazirlər öz postlarını parlament seçkilərinə qatılmaq üçün tərk edirlər. "Respublika partiyası”nın seçki siyahısına Gürcüstan parlamentinin spikeri David Usupaşvili başçılıq edir. (Ans)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300