Dilbərim , sən kimi bir nazlı gözəl görməmişəm,
Sözü dillərdə gəzən zərbi – məsəl görməmişəm.
Neçə illərdi bu gözlər səni gözlər gələsən,
Hamı səndən danışır, mənsə di gəl görməmişəm.
Əməl istərsən əgər gəl mənə baş çək ölürəm,
Daha bundan da gözəl, üstün əməl görməmişəm.
Nəfəsin fəsli – bahardır saralan ömrüm üçün,
Necə sayəndə gülüstanda xəzəl görməmişəm.
Sən haçan üz çevirib baxmamısan müşkülümə,
Tapa öz həllini ,müşkül ola həll görməmişəm.
Sən olan zirvəyə bir kəs basa bilmib ayağın
Nə əlin çatdığı bir zirvədə əl görməmişəm.
Qoymasan Ehtiramın əllərinin üstünə əl,
Yaza, icad eləyə bəhri-qəzəl, görməmişəm..