Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Bu barədə 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə öz Facebook səhifəsində bildirib.

Millət vəkilinin yazdığına görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev 18 il idi Milli Orduda xidmət edirdi.

Allah rəhmət eləsin!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300