Sabiq MTN rəhbəri Eldar Mahmudovun xarici ölkələrin xüsusi xidmət orqanları ilə fərdi maraqlara əsaslanan iş birliyinin əsl səbəbi bəlli olub. 

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu vaxta qədər E.Mahmudovun xarici dövlətlərlə yalnız maddi marağını təmin etmək üçün çoxşaxəli əməkdaşlıq etdiyi ehtimal edilsə də, sən demə, əsl səbəb tamamilə başqa olub:

"E.Mahmudovun öz şəxsi maraqlarını təmin etmək üçün xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan külli miqdarda vəsait əldə etdiyi bəllidir. Lakin pul qazanmaq E.Mahmudovla xarici dövlətlər arasındakı gizli əməkdaşlığın əsas hədəfi olmayıb. Nə qədər inanılmaz olsa da, E.Mahmudovun xüsusi xidmət orqnaları ilə əməkdaşlığının kökündə prezident olmaq istəyi dayanıb. 

Belə ki, E.Mahmudovun onsuz da milyardlarla manat məbləğində böyük bir sərvətə sahib olduğunu bilən bəzi xarici xüsusi xidmət orqanları sabiq nazirdən öz məqsədləri naminə istifadə etmək üçün ona öz dövlətləri adından prezidentlik kürsüsü vəd ediblər. Onlar E.Mahmudovu inandırıblar ki, təmsil etdikləri dövlətlərin rəhbərliyi Azərbaycanda məhz onun prezidentliyini daha münasib hesab edir və bu məqsədlə ona bütün lazımi köməkliyi göstərəcəklər. E.Mahmudov da xarici xüsusi xidmət orqanları ilə məhz bu təminat qarşılığında əməkdaşlıq etməyə razılaşıb”.

Mənbənin məlumatına görə, E.Mahmudovun vəzifədən uzaqlaşdırılsa da, hələ də məsuliyyətə cəlb edilməməsi bəzi iri güclərin rəsmi Bakıya göstərdiyi təzyiqin nəticəsidir. Belə ki, onlar bütün səlahiyyətini itirməsinə baxmayaraq hələ də E.Mahmudovu müdafiə etməyi lazım hesab edir. Bu isə onların E.Mahmudov faktorundan gələcəkdə də istifadə etmək niyyətindən xəbər verə bilər... 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300