Azərbaycan vətəndaşı olan ukraynalı  Natalya Nerovnya çalışdığı Bülbülə
qəsəbəsində yerləşən  "Ballı market”in filialında market rəhbərliyi tərəfindən
zorakılığa məruz qalıb və 30 min manat borcla "yüklənib”.  

Bu barədə "Yeni Müsavat” qəzetinə şikayət edən N. Nerovnya market şəbəkəsinin
rəhbəri Elman Əsədov tərəfindən ona daim intim təkliflər olduğunu və bu təkliflərdən
imtina etdiyi üçün başına bu cür bəlaların açıldığını bildirdi. 

Şikayətçi iddia etdi ki, çalışdığı marketin rəhbəri ona qarşı zorakılıq edərək həm
30 min manat mənimsədiyinə dair "etirafını” videoya çəkib, həm də maşınını və qızıllarını
əlindən alıb: "Ballı market” şəbəkəsinin  rəhbəri Elman Əsədov orada işlədiyim müddət
ərzində hər zaman mənə intim təkliflər edirdi. Mən isə işimin xətrinə zarafata salır və
belə bir münasibətin mümkün olmadığını deyirdim. O hər dəfə deyirdi ki, məni rədd
etdiyin üçün səni peşman edəcəyəm, başına oyun açacağam. Mən isə bu sözləri ciddiyə
almırdım. İşimin xətrinə yola verirdim, çünki anam xəstə idi. Hətta bu məsələyə görə,
iki il öncə  bu işdən çıxdım, çox yerdə iş axtardım, lakin  tapa bilmədiyim üçün yenidən
bu ilin yanvar ayından "Ballı market”ə işə qayıtdım. İyulun 2-də axşam evə gedərkən,
məni saxladılar və bildirdilər ki, 30 min manat əskik var. Bunu necə hesablandığını
bilmədim. Çünki gündəlik olaraq hesabat verirdim. Müdirə zəng etdilər, müdir gəldi və
yenidən bir otağa toplaşıb hesablama apardılar, mənə bildirdilər ki, 30 min manat
əskiyin var. 


Sonra məndən pul qabımı istədilər. Dedim ki, pul qabı maşındadır. Maşından pul
qabımı götürməyə gedəndə müdir də arxamca gəldi və maşına hücum etməyə, maşını
sındırmağa başladı. Məndən maşını açmağımı istədi ki, guya pul maşındadır. Maşının
açarını zorla açdı, içindəki hər şeyi yerə tökdü. Maşında rəfiqəmin və mənim qızıllarım
var idi, onları da götürdü. Mənə ağıza alınmayacaq söyüşlər də söydü və açarı da
qaytarmadı. Dedi ki, məndən imtina etdiyinə görə səni peşman edəcəyimi demişdim,
indi başına gələcəklərə hazır ol”. 

Şikayətçi deyir ki, onun anasından başqa heç kimi olmadığı üçün market rəhbəri
ona qarşı bu cür haqsızlıq etməkdən çəkinmir: "Mənim anam ukraynalıdır. Özüm
isə Azərbaycan vətəndaşıyam. Burada yaşlı və xəstə anamdan başqa kimsəm yoxdur.
Atam zabit idi , Qarabağ döyüşlərində şəhid olub. Maddi olaraq da, elə böyük imkanım
yoxdur. Bir maşınım var , o da kreditlə alınıb. Həmin maşının açarları da indi Elman
Əsədovdadır”.

Müsahibimin sözlərinə görə, market rəhbəri onu təhdid edərək, 30 min manat əskik
hesabat verdiyini təsdiq etməsi barədə video da çəkib. İndi Natalya Nerovnyanın
bunun əksini isbat etməsi daha da çətinləşib: "Həmin gün gecə saat 12-ə qədər
məni evə getməyə qoymadılar. Məni soyundurub videoya çəkməklə təhdid etdilər
və bildirdilər ki, əgər 30 min manat əskiyin olmasını videoda təsdiq etməsən,
sənin çılpaq şəkillərin internetdə olacaq. Otaqda Elman Əsədovun qohumu olan
iki qadın da  var idi. Onlar paltarıma əl atıb məni soyundurmağa çalışdılar. Mən isə
özümü qorumaq üçün 30 min manat əskik hesabat verdiyimi boynuma aldım.
Mənim ifadəmi videoya çəkdilər. Ondan sonra marketdən qaçıb rəfiqəmin evinə getdim.
Polisə də şikayət etmişəm. Qaraçuxur qəsəbəsində 31-ci polis bölməsinə müraciət
etmişəm. 

Polis "Ballı market”dən həmin günün video görüntülərini almaq istəsə də, bu mümkün
olmadı, müdir bildirdi ki, video görüntülər açılmır. İndi mənim günahsız olduğunu
sübut edən heç nə qalmayıb. Üstəgəl onların əlində zorla borcumu etiraf etməyimlə
bağlı video var. Bir neçə gün öncə çarəsiz qalıb, bütün yaxınlarımla vidalaşdım və
intihara cəhd etdim. Düşündüm ki, artıq belə biabırçılıqla mən yaşaya bilmərəm.
Lakin məni xilas etdilər və məsləhət gördülər ki, hüquqlarımı müdafiə edim”. 

Natalya Nerovnya deyir ki, o, Elman Əsədovun bu cür tələyə salıb, boynuna pul
qoyduğu ilk adam deyil. Ondan  öncə də bir neçə işçisini bu vəziyyətə salıb: "Daha
öncə də bir kişini 80 min manat borca salıb, iddia edib ki, guya həmin kişi bundan
80 min manat pul oğurlayıb. Öz işçilərindən kassir işləyən bir qızı da yükləmişdi ki,
guya kassadan 20 min manat pul oğurlayıb”. 

Şikayətçi ümid edir ki, bu yazının dərc olunmasından sonra hüquq mühafizə
orqanları məsələyə daha həssas yanaşaraq, kimsəsiz bir qızı haqsızlıqdan xilas
edəcəklər. 

Qeyd edək ki, yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc
etməyə hazırıq. 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300