İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə "Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov barəsində çıxarılan hökmdən verilmiş apellyasiya protestinə baxılacaq.

Bu barədə Uluyol.info-ya jurnalistin vəkili Fariz Namazlı bildirib və qeyd edib ki, protesti dövlət ittihamçısı Əsədulla Ramazanov jurnalist barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verib. Vəkilin sözlərinə görə, prokuror jurnalistə qarşı çıxarılan hökmün dəyişdirilərək Cinayət Məcəlləsinin 221.3-cü (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) maddəsi ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyasi çərçivəsində ən agir cəza təyin edilməsini istəyir.

Vəkil qeyd edib ki, məhkəmə qərarı qüvvəyə minmə ərəfəsində prokrorluq belə addım atıb. Fariz Namazlı bildirib ki, jurnalistə qarşı CM-nin 221-3 maddəsi ilə məhkəməyə göndərilən işin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması özü bir qanunsuzluq olub, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. İnsidentin şahidləri olmayıb. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub.

Xatırladaq ki, iyunun 21-də Nizami Rayon Məhkəməsinin hokum ilə Elçin Həsənov 1 il islah işlərinə məhkum edilmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300