İyulun 10-da AC-2016-nin finalında Fransa-Portuqaliya qarşılaşıb. Oyunun əsas hissəsi qolsuz bitib. Əlavə olunmuş vaxtın 109-cu dəqiqəsində Eder Portuqaliya yığmasını 1-0 hesabıyla irəli çıxardıb.

Oyunun 25-ci dəqiqəsində Portuqaliyanın lideri Kristiano Ronaldo zədələnib, onu Quaresma əvəz edib.

Beləliklə, Portuqaliya ilk dəfə Avropa çempionu olur.

Komanda.az xəbər verir ki, bu komandalar böyük turnirlərdə 3 dəfə üz-üzə gəliblər. Pireneylilər və "xoruzlar” iki dəfə Avropa çempionatının, bir dəfə isə dünya çempionatının yarımfinalında rəqib olublar. Hər üç halda fransızlar qalib gəlib.

Fransızlar portuqalları AÇ-1984-də 3:2, AÇ-2000-də 2:1, DÇ-2006-da isə 1:0 hesabıyla məğlub edərək, onların finala gedən yolunu bağlayıblar. Maraqlıdı ki, fransızlar portuqalları məğlub edərək finala adladıqları hər iki Avropa çempionatını qalib kimi başa vurublar. Portuqalların ayağı fransızlara yalnız DÇ-2006-da düşərli olmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300