"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov: "Mövsümün ilk

oyunudur, azarkeş dəstəyi mütləqdir" 

 


İyulun 12-də Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. 

Musavat.com xəbər verir ki, yarışa bu mərhələdən qatılan "Qarabağ” bu mövsümdə
ilk oyununu keçirəcək.
 
Azərbaycan çempionu ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış
edəcək və Lüksemburqun "Düdelanj” klubu ilə görüşəcək. Qurban Qurbanovun
yetirmələri bu ölkənin komandası ilə qarşılaşacaq ilk təmsilçimizdir. Belə ki,
avrokuboklardakı 22 illik çıxışlarımız tarixində heç vaxt lüksemburqlularla görüşməmişik. 

Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran Ağdam təmsilçisi, "Düdelanj”ı
keçməklə pley-offda oynamağı təmin edəcək. Çünki III təsnifat mərhələsində
qələbə Çempionlar Liqası, məğlubiyyət isə Avropa Liqasının pley-offuna yol açacaq.
Ötən iki mövsümdə məhz sonuncu turnirin qrupuna düşən çempionumuz ən azı həmin
qrafiki təkrarlamaq üçün lüksemburqlulara qalib gəlməlidir. 

"Qarabağ"ın ilk matçına hələ ki, maraq çox azdır. Biletlərin qiyməti əsasən 1-2 manat
arasında dəyişsə də, hazırda 7 min bilet satılıb. Oyuna 1 gün qalsa da, kassalar önündə
bilet alan azarkeşlər elə də gözə dəymir. 

"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bunun
səbəbini azarkeşlərin ya matça 1 gün qalmış, ya da matç günü bilet almağa
üstünlük vermələri ilə izah edir: "Azərbaycanda uzun zamandır ki, görülən bir şey var.
Azarkeşlər oyuna gün və ya saatlar qalanda bilet alırlar. Yəqin bu dəfə də elə olacaq.
Dünən üçün bilet satışı 7 min olub. Buraya fanklublar daxil deyil. Onlarla birgə
say daha da çoxalacaq. Ümumiyyətlə isə bizim matçlarımıza 22 min 500 nəfərdən az
azarkeş gəlməyib. Bu dəfə də istisna deyil. Həm də Çempionlar Liqasının oyunudur.
Bu turu keçsək, ən azından avroliqanın pley-offunu təmin edirik. Ola bilər ki, ilk oyundur
deyə insanların diqqətini cəlb etməyib. Amma belə oyunlar çox vacibdir. Həm "Qarabağ",
həm də ölkəmiz üçün... Bildiyiniz kimi Çempionlar Liqasında qazanılan uğurlar
ölkəmizin reytinqini yüksəldir. Stadionun 2/3-nin qiyməti 1-2 manatdır. Mərkəzə yaxın
bir neçə sektorda biletlərin qiyməti 5 manatdır. Bu da normal qiymətdir". 

- Oyun saat 21:00-da başlayacaq. Azarkeşləri narahat edən məqamlardan biri
də matçdan sonra evə qayıtmaq üçün nəqliyyat məsələsidir. Çox vaxt metronun
"Gənclik" stansiyasının girişi oyunun sonlarına doğru qapadılır. Bu dəfə necə
olacaq?

- O məsələni həll etmişik. Danışmışıq, heç kim bayırda qalmayacaq. Metro işləyəcək.
Azarkeşlər rahat şəkildə oyuna gələ bilərlər. 

- Son zamanlarda azarkeşlərin "Qarabağ"ın matçına marağı azalıb. Bunun səbəbi
nədir? 

- Bəlkə də azarkeşlər daha böyük uğurlar gözləyirlər. Ola bilər ki, "Düdelanj”ın
zəif olduğunu düşünürlər və "Qarabağ" bunları rahat keçər, gələn oyuna gedərik"
deyirlər. Amma əslində, belə oyunlarda daha çox dəstəyə ehtiyac var. Həm də
mövsümün ilk oyunudur, azarkeş dəstəyi mütləqdir. 

21:00. "Qarabağ” (Azərbaycan) – "Düdelanj” (Lüksemburq)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Baş hakim: Orel Qrinfild
Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni 
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

 









Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300