118914 res 01 Ərdoğan kürəkənini nazir təyin etdi

 

Türkiyədə 64-cü cümhuriyyət hökumətinin tərkibi bəli olub.

Yeni hökuməti formalaşdırmaq vəzifəsi verilmiş Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Nazirlər Kabinetinin tərkibini ona təqdim edib. Ərdoğan yeni hökuməti təsdiqləyib.

Hökumətin tərkibi aşağıdakı kimidir:

Baş nazir — Əhməd Davudoğlu

Baş nazirin müavinləri – Toğrul Türkeş, Mehmet Şimşək, Numan Kurtulmuş, Lütfü Əlvan, Yalçın Akdoğan

Xarici işlər naziri – Mövlud Çavuşoğlu

Daxili işlər naziri – Əfqan Ala

İqtisadiyyat naziri – Mustafa Elitaş

Ədliyyə naziri – Bəkir Bozdağ

Maliyyə naziri – Naci Ağbal

İnkişaf naziri – Cövdət Yılmaz

Əmək və sosial müdafiə naziri – Süleyman Soylu

Milli təhsil naziri – Nabi Avcı

Kommunikasiya, dənizçilik və rabitə naziri – Binali Yıldırım

Ailə və sosial siyasət naziri — Səma Ramazanoğlu

Avropa Birliyi naziri – Volkan Bozkır

Elm, sənaye və texnologiya naziri – Fikri İşıq

Ekologiya, şəhərsalma naziri – Fatma Güldəmir Sarı

Enerji və təbii ehtiyatlar naziri – Berat Albayrak

Qida və heyvandarlıq naziri – Faruk Çelik

Gənclər və idman naziri – Akif Çağatay Kılıç

Gömrük naziri – Bülənt Tüfəkçi

Mədəniyyət və turizm naziri – Mahir Ünal.

Qeyd edək ki, hökumətdə AKP-nin hakimiyyətə gəldiyi gündən bu yana ölkə iqtisadiyyatını idarə edən Əli Babacanın olmaması diqqət çəkib. Prezident Ərdoğanın Ə.Babacanın namizədliyinə qarşı çıxdığı bildirilir. Yeni enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə R.T.Ərdoğanın kürəkənidir (APA).

 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300