Avropada cinsiyyətini dəyişmək istəyənlər artır
 
"The Guardian" qəzeti yazır ki, son illərdə cinsiyyətini dəyişmək istəyən britaniyalıların sayı kəskin artıb və cins dəyişdirən cərrahiyyə əməliyyatı üçün uzun növbələr yaranıb.

Qəzet yazır ki, İnformasiya azadlığı qanununa əsasən əldə etdiyi məlumata görə Birləşmiş Krallıqda cinsiyyətin dəyişdirilməsi üzrə 14 klinikanın hamısında pasientlərin sayı artmaqda davam edir.

Bunlardan bir neçəsində əməliyyatlara tələbat 100 faiz yüksəlib.

Londondakı Charing Cross xəstəxanasında pasientlərin sayı son 10 ildə dörd dəfədən çox artaraq 2006-2007-ci ildəki 498-dən 2015-ci ildə 1892-yə çatıb.

Klinikanın psixiatriya məsləhətçisi James Barrett deyib ki, vəziyyət bu şəkildə davam edə bilməz.

Nottingham xəstəxanasına cinsiyyət dəyişdirilməsi üçün göndərişlərin sayı səkkiz ildə 28 dəfə artıb.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, belə göndərişləri olan pasientlərin uzun müddət cərrahiyyə əməliyyatı gözləməsi transgenderlər üçün təhlükəlidir.
Bu adamlar uzun gözləmə müddətində depressiyaya düşür və hətta intihara əl atırlar.

Ziddiyyətli statistika

"The Guardian" yazır ki, bugünə olan məlumata görə Britaniyada dövlət səhiyyəsi tərəfindən cinsiyyət dəyişməsi üçün cərrahiyyə və ya hormon müalicəsi gözləyən 15 min pasient var. Bunlardan 2700-ü uşaqlardır.

Transgender fəalları bildirirlər ki, bu rəqəm aysberqin yalnız görünən ucudur.
Məqalədə deyilir ki, beynəlxalq araşdırmaya görə trangenderlərin sayı rəsmi sənədlərdəkindən qat-qat çoxdur.

Avropa İttifaqı Təməl Haqlar Agentliyinin məlumatına görə Belçika, Hollandiya və Yeni Zelandiya əhalisinin 1 faizini transgenderlər və buna meylli insanlar təşkil edirlər.

"The Guardian" yazır ki, ən ehtiyatlı təxminlərə görə Britaniyada 130 min cinsi uyğunsuzluq yaşayan insan var. Bu adamlar gec-tez cərrahi müdaxilə və ya hormon müalicəsi üçün dövlət səhiyyəsinə müraciət edəcəklər (BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300