İrandan xəbərdarlıq: 'Əsəbiləşsək, devirəcəyik'
 
İran əsəbiləşsə, əl-Səud hakimiyyəti məhv olacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai paylaşıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının "münafiqlər”ə (İran rəhbərliyinin Xalq Mücahidlərinə verdiyi ad. – red.) dəstəyi son illər artıb:
 
"Bir neçə ay öncə Səudiyyə rəsmiləri Ərbil şəhərində kürd terrorçularla görüşdülər. Biz bu kürd terrorçuların hansı aksiyalarda iştirak etdiyini gördük. Biz gec əsəbiləşirik, amma əsəbiləşsək, Əl-Səud hakimiyyətindən heç bir şey saxlamayacağıq”.
 
Qeyd edək ki, bir müddət öncə 1981-ci ildə İrandan sürgün edilən Xalq Mücahidləri Təşkilatı Parisdə "Azad İran” adlı toplantı keçirib. Toplantıya Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal əl-Səud da qatılıb.
 
Ən böyük müxalif qruplardan sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300