Fransa-Portuqaliya oyunundan sonra yaşanan bir hadisə sosial medianın gündəminə oturub.
Fransa-Portuqaliya oyununu 90 minə yaxın azarkeş Eyfel Qülləsi yaxınlığındakı böyük monitordan izləyib.
Portuqaliyanın 1-0 qalibiyyətindən sonra bir fransalı azarkeş göz yaşlarına boğulub.
Onun kədərləndiyini görən 10 yaşlı portuqaliyalı bir uşaq təsəlli etməyə çalışıb. Həmin anın videogörüntüləri günün ən çox paylaşılan videoları sırasına daxil olub.(musavat.com)