Lider TV-nin əməkdaşı İlqar Qulusoy qəfil dünyasının dəyişib.
Lent.az-ın xəbərinə görə, İlqar Qulusoyun həmkarları ilə birgə futbol oynayarkən qəfil vəfat etdiyi bildirilir. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bu barədə jurnalistin həmkarları sosial şəbəkədə bildiriblər.
36 yaşlı İ.Qulusoy az öncə "Feysbuk” sosial şəbəkəsində dostlarını futbol oynamağa dəvət edib: "Və nəhayət həftənin ən gözəl günü gəlib çatdı. Hər şənbə dəyişilməz ünvanda "Nəqşicahan” rəqib "Tərəqqi” ilə meydanda mübarizəyə çıxacaq”.
Allah rəhmət eləsin !