XİN İŞİD-ə qoşulan azərbaycanlı uşaqların sayını açıqladı
 
"İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin bu günlərdə Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 4-ü gənc oğlanlar, 3-ü qadın, 7-si isə uşaqdır”.

Bunu virtualaz.org saytına açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Yada salaq ki, noyabrın əvvəllərində Adanada İŞİD-ə qoşulmaq istəyən 38 əcnəbi tutulub. Onların 5-i Qırğızıstan, 14-ü Azərbaycan, 7-ci İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-si Əfqanıstan vətəndaşı olub. Tutulanlar arasında 15 azyaşlı uşaq da olub ki, onların da yarısı azərbaycanlılardır.

H.Hacıyevin sözlərinə görə, XİN əməkdaşları Ankaradakı səfirliklə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, saxlanılan şəxslərlə bağlı hələlik istintaq tədbirləri həyata keçirilir. İstintaq başa çatandan sonra Azərbaycan tərəfi bu barədə məlumatlandırılacaq.

"Terrorla mübarizə məsələsi həssas mövzu olduğu və bununla bağlı tədbirlər qapalı rejimdə həyata keçirildiyi üçün Azərbaycan səfirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və bu məsələni daim diqqət mərkəzində saxlayır” - deyə Hacıyev bildirib.

O da məlum olub ki, saxlanılan azərbaycanlılar 3 ailənin üzvləridir. Hazırda onlar əcnəbilər üçün ayrılmış xüsusi təcridxanada saxlanır. Türkiyənin müvafiq qurumları onların Azərbaycana deportasiyası məsələsini nəzərdən keçirir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300