Ermənistanda təşviş üsyana çevrilə bilər
 
Qarabağ münaqişəsi ilə müzakirələr Ermənistanda qazan qaynatmağa davam edir.

Hələ ki, olub-bitəni kənardan maraqlı və sakitliklə izləyən Azərbaycan ictimaiyyətindən fərqli olaraq, Ermənistanda durum daha gərgin və dinamik səciyyə daşıyır.

Əslində  bu gərginliyin Ermənistan hakimiyyəti tərəfindən süni  şəkildə qabardıldığını da istisna etmək olmaz.

Qarabağ danışıqlarında Azərbaycan tərəfindən fərqli olaraq həm status həm də ərazilər məsələsində daha böyük güzəştlərə məcbur edilən rəsmi İrəvanın daxili təzyiqdən şantaj aləti kimi istifadə etmək niyyətini də görməməzlikdən gəlmək mümükün deyil.
Hər halda Ermənistan cəmiyyəti indi bu məsələdə daha aktivdir və indiki hakimiyyətin hələ parlament seçkiləri öncəsi bu situasiyada necə davranacağını bilmək olmaz.
Ermənilərin bu məsələdə bir nömrəli hədəf taxtası isə onları hər zaman müdafiə edən Rusiyadır.

Xüsusi sazişlə Ermənistan səmasını belə qoruması altına alan rəsmi Moskvadan erməni ictimaiyyətinin bundan başqa nə istədiyini anlamaq əslində çətin deyil. Vassal "böyük ağa”dan 20-ci illərdə olduğu kimi Azərbaycan ərazilərinin qopardılaraq bir-bir ona verilməsini tələb edir. 

Məsələn elə bu günlərdə Ermənistana gələn Rusiya Ermənilər birliyinin prezidnenti Ara Abramyan Russiyanın Ermənistan üçün böyük dost və siyasi partnyor olduğunu qeyd etməklə yanaşı, bildirib ki əgər Azərbaycan Rusiyaya  Ermənistandan çox lazımdırsa o zaman Moskva erməniləri rahat buraxmalıdır. "Belə olan halda biz kimə lazımıqsa onun yanına gedərik” deyə bəyan edib.

Картинки по запросу ара абрамян
Ara Abramyan

Bu günlərdə isə Ermənistanın birinci ombudsmanı Larisa Alaverdiyan, etnoqraf Qranuş Xaratyan və publisist Karin Danielyan birgə bəyanat imzalayıblar.

Bəyanatda Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ müzakirələrindən geri çəkilməsi tələb olunur.

Adı çəkilən bu 3 şəxs Azərbaycanı aprel döyüşlərində Qarabağ zonasına etnik təmizləmə həyata keçirməkdə (?!) ittiham etməyi də unutmayıb.

Onlar Dağlıq Qarabağ ermənilərinin öz müqaddaratını həll etmək hüququnun danışıqlarda təsbit edilməsində və Ermənistan hakimiyyətini bununla bağlı olaraq bölgədə referendum keçrilməsinə nail olmağa çağırıblar.

3 ictimai xadim  bu müraciəti ATƏT-in Minsk qrupunun üzvlərinə, o cümlədən ABŞ, Fransa və Rusiya rəhbərliyinə də ünvanlayıb.

Картинки по запросу larisa alaverdyan
Larisa Alaverdiyan

"Emərnistan hakimiyyətinin Emərnistanın və Dağlıq Qarabağın suverenliyini (?!) qorumaqda aciz qalması halında erməni xalqının öz "tarixi torpaqlarında” yaşamaq hüququnu müdafiə etməyə haqqı çatar” deyə etnoqraf və şərqşünas Qranuş Xaratyan bildirib.

Картинки по запросу xaratyan etnograf
Qranuş Xaratyan

Karine Danielyan isə lap irəli gedərək, "etnik təmizləmənin (?!) qarşısının alınmasının bütün dünyanın vəzifəsi olduğunu” bəyan edib.

Картинки по запросу karine danielyan
Karine Danielyan

Ermənistanda Rusiya siyasətçilərdindən gələn bəyanatlara da çox ağrılı yanaşırlar. Bu xüsusda Rusiyanın millətçi siyasətçisi Vladimir Jirinovskinin "Əgər Türkiyə və Rusiya öz ticari, iqtisadi, və hərbi səylərini birləşdirə bilsə həm kürd problemi, həm də erməni problemi öz-özündən yox olar. Elə Dağlıq Qarabağ problemi də bununla həll dilmiş olur və Azərbaycan da razı qalar. Bununla da bütün Qafqaz və Yaxın Şərq üçün gözəl perspektivlər açılar” sözləri onları yandırıb yaxıb.

Erməni publisist Qalust Qriqoryan armenianreport.net saytında Jirinovskinin bu sözlərinə "Jirikin transformasiyası” adlı yazı ilə "Bu o Jrinovksi deyilmi ki, Şərqi Anadolunu işğal olunmuş erməni torpaqları adlandırırdı, Ağrı dağında erməni bayrağının dalğalanması gərəkdiyini, Van gölünün erməni gölünə çevrilməsini istədiyini, Qars, Ərzurum, Samsunun erməni şəhərləri olduğunu söyləyirdi” deyə sərt reaksiya göstərib.

Erməni publisist Akop Badalyan isə bir erməni saytında  "Ermənistanın sonuncu şansı” adlı məqalədə Serj Sarkisyanın NATO-nun Varşava sammitinə səfərinin onu son şansı adlandırıb. Badalyan iş belə gedərsə Ermənsitan silahlı qüvvələrinin siyasi məsuliyyəti öz əlinə almaqdan başqa çarəsini qalmayacağını bildirməklə  hərbi çevrilişin mümkünlüyünə işarə vurub.

Dağlıq Qarabağda separatçıların birinci komandirlərindən sayılan Arkadi Karapetyan da Qarabağda torpaqların təslim edilməsi məsələsinin ciddi qəbul olunmadığını söyləyib. "Azadlıq radiosu” nun Ermərnistan bürosunun sualına cavab olaraq Karapetyan "Burda hakimiyyət mənəm, mənim dostlarım və burada yaşayan insanlardır. Burada heç kim torpaq güzəştə getməyi düşünmür" deyə cavab verib.
Arkadi Karapetyan

Erməni analitiklər Sarkisyanın Varşava səfəri öncəsi orduda aparıdğı kadr dəyişikliklərinin də təsadüfi olmadığıı bildirirlər. Təhlilçilər  Sarkisyanın Varşavadan geri döndükdən sonra yenidən Qarabağa səfər edəcəyini bildirməklə yanaşı, bu yaxınlarda həbs edilən Qarabağ münaqişəsi iştirakçısı Jirayr Səfilyanın da həbsdən azad olunacağını istisna etmirlər.

Vaqif Hüseyn, Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300