Dağlıq Qarabağdakı işğalçı erməni qruplarının ilk komandanı, general Arkadi Karapetyan Serj Sarkisyanı qiyamla hədələyib.
 

 "Azadlıq” radiosunun erməni xidmətinə danışan A. Karapetyan müharibənin hələ bitmədiyini deyib: "Əgər kimsə düşünürsə ki, müharibə bitib, o yanılır”.
 

Son zamanlar fəallaşan danışıqlar prosesinə və ərazilərin qaytarılması haqda deyilənlərə münasibət bildirən erməni general bildirib ki, Qarabağda heç kim torpaqların qaytarılmasına icazə verməyəcək.
 

"Bu haqda kim danışırsa, bu, onun problemidir. Mən güzəştlər haqda düşünmürəm belə və icazə verməyəcəm ki, kimsə güzəştə getsin”, - deyə o bildirib. 
 

"Əgər hakimiyyət qərar verəcəksə, siz necə icazə verməyəcəksiniz” sualına cavabında Karapetyan ərazi məsələsində əsas hakimiyyətin o və yoldaşlarının olacağını deyib: "Ərazilərin qaytarılması məsələsi olacaqsa, Qarabağda ciddi müqavimət olacaq. Hər kəs müqavimət göstərəcək”.

 

(publika.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300