Beş ölkə Ermənistana qarşı birləşdi — LAVAŞ İDDİASI

Ermənistanın lavaşı "Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.

 Uluyol.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.

UNESCO-nun beş ölkənin hazırladığı "İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.

Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın "Ermənistan çörəyi lavaş” adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını "Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300