facebook
"Facebook” sosial şəbəkəsində "spam”ın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib.
 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, hakerlər ələ keçirdikləri profil şifrələrini "like alveri” üçün istifadə ediblər. Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, "troyan” "Google Chrome” və "Windows” istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub.
 
Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən "Facebook” vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib.

Yükləndikdən sonra ikinci mərhələ işə düşür: "troyan” gizlicə şifrələri oğurlayan "Google Chrome” əlavəsini yükləyir və quraşdırır. "Google Chrome” əlavəsi istifadəçini bir də "Facebook”a daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər "Facebook”da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300