Ukraynanın Odessa şəhərində iyulun 6-na keçən gecə azərbaycanlıya məxsus qızılı "Galendewagen” avtomobili düzgün park edilmədiyinə görə evakuatorla aparılıb və cərimə meydançasına salınıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna saytları yazır.

048.ua portalının yazdığına görə Azərbaycandan olan nüfuzlu qonaqların "Galendewagen”i Odessanın Arkadii prospektində düzgün park edilmədiyi üçün yol patrul polisi evakuator çağırıb. Ətrafdakılar ərəb şeyxlərinin maşınlarını xatırladan qızılı "Galendewagen”in evakuatora qaldırılmasını həvəslə lentə alıblar.

 

Daha sonra sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb. "Bu, yol patrul polisi Vladdır J O, həmin bu "Qalik”i avtobus dayanacağına park edildiyi üçün evakuatorla cərimə dayanacağına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən azad etməyəcəklər”-Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb. Kadrlardan görünür ki, avtomobilin dövlət nömrə nişanı 90 KK 222-dir.

Virtualaz.org qeyd edir ki, bu qızılı "Qalik” barədə xəbərlər bir neçə gün əvvəl Azərbaycanın avtomobil saytlarından birində yer almışdı. Orada deyilirdi ki, bir vaxtlar ərəb şeyxlərinin mindikləri qızılı avtomobillərə artıq Bakı küçələrində də rast gəlmək olar. Belə ki, Mətbuat prospektində - Azərbaycan Nəşriyyatının qarşısında qızılı "Qalik” görünüb. görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır. Avtomobilin özü kimi nömrəsi də bahalı və diqqətçəkəndir. 90 KK 222 dövlət nömrə nişanlı bu avtomobilin biznesmenlərdən birinə məxsus olduğu deyilir.

Bakıda həmin rəngdə avtomobillərdən daha biri isə 10 GC 111 nömrə nişanlı "Galendewagen"dir. Məlumata görə, bu avtomobillərdən birincisi əvvəllər ağ rəngdə, digəri isə qara rəngdə olub. Sonradan hər ikisi rəngi dəyişmək üçün avtomobilə vinil vurdurublar.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300